“28 Cinema”da Karyera Günü təşkil olunacaq
Tarix: 21.09.2015 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Kinoteatr Karyera Günündə “Təcrübə keçən” filminin nümayişinə də start verir
Azərbaycanın premium kinoteatrı “28 Cinema” sentyabr ayının 22-də, “Təcrübə keçən” filminin dünya premyerasından iki gün öncədən nümayişi ilə əlaqədar olaraq Karyera Günü təşkil edəcək. 18:00-da baş tutacaq tədbirdə ölkənin iri şirkətlərindən olan “Nar”, “Bakcell”, “Turan Bank” və “PWC” gənclər ilə görüşəcək, onların CV-lərin alacaq və söhbət edəcəklər. Bu addımla “28 Cinema” hər zaman düşündüyü Azərbaycan gəncliyinin inkişafına öz kiçik töhfəsini vermiş olacaq.
Karyera Gününün sonunda isə “Təcrübə keçən” filminin nümayişinə start veriləcək və tədbirə dəvət olunmuş şirkət sahibləri, media nümayəndələri, bloggerlər filmi izləyəcəklər.
Film mövzu etibarilə iş, karyera və yeni işə düzələn təcrübəçi haqqında bəhs edir. Filmdə məşhur Hollivud ulduzları Robert De Niro və Enn Heteuey çəkilib.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Cappuccino coffee house” və “Blackberry” restoranı yerləşir.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info