Uşaq-gənclər yaradıcılıq sarayının qalereyası istifadəyə verilib
Tarix: 23.09.2015 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Dünən Tofiq İsmayılov adına uşaq-gənclər yaradıcılıq sarayının təsviri sənət qalereyası əsaslı təmirdən sonra istifadəyə verilib. Qeyd olunub ki, uşaq-gənclər yaradıcılıq sarayının təsviri sənət qalereyası 1983-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb.
Qalereyanın müasir təlim avadanlığı ilə təchiz edildiyini diqqətə çatdıran nazir burada məktəblilərin təsviri sənətin sirlərinə yiyələnmələri üçün lazımi şəraitin yaradıldığını söyləyib. Yeni üslubda ümumi mərkəz funksiyasını yerinə yetirəcək qalereyanın şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, onların müasir rəssamlıq ənənələri əsasında inkişafı baxımından böyük əhəmiyyəti olacaq. Qalereyada məktəblilərin yaradıcılıq məşğələlərinin və sərgilərin keçirilməsi üçün yeddi salon vardır. Burada “Qrafika və rəngkarlıq”, “Rəqəmsal təsvir” dərnəkləri fəaliyyət göstərəcək. Yeni yaradılan “Rəqəmsal təsvir” dərnəyinin məqsədi təsviri sənət ənənələrini qoruyub saxlamaqla, kompyuter vasitəsilə təsvirlərin yaradılmasını öyrətməkdir. Bu dərnəklər 5-16 yaşlı məktəblilərin qrafika və rəngkarlıqla məşğul olması üçün nəzərdə tutulub. Qalereyada ölkə əhəmiyyətli müxtəlif sərgi, müsabiqə və ustad dərsləri də təşkil olunacaq. Sonra tədbir iştirakçıları uşaq-gənclər yaradıcılıq sarayının təsviri sənət qalereyasında yaradılan şəraitlə tanış olublar. Qalereyada təsviri sənətin bütün janrlarını özündə birləşdirən rəsm sərgisi də nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
“Variety“ jurnalı “Oskar“ mükafatına mümkün namizədləri açıqlayıb
12.11.2019
“Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
12.11.2019
Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
12.11.2019
“Dünyaya üç baxış”
12.11.2019
İmadəddin Nəsimi – 650: Nəsimi, muğamlarımız və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info