“ATƏT DTİHB-nin seçkilərlə bağlı bəyanatı qurumun mandatına ziddir”
Tarix: 23.09.2015 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


“DTİHB tərəfindən 100 milyondan artıq əhalisi olan dövlətlərə 400 və ya 500 müşahidəçi göndərildiyi halda, 9.5 milyon əhalisi olan Azərbaycana 400 nəfər müşahidəçinin göndərilməsi normal
məntiqə sığmır və tamamilə qeyri-mütənasibdir”


Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyası üzrə ad-hok (müvəqqəti) komitəsinin ön heyətinin üzvlərini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov 1 noyabr parlament seçkilərinin demokratik, ədalətli və şəffaf mühitdə keçirilməsi üçün zəruri tədbirlərin görüldüyünü və prosesi izləyəcək müşahidəçilər üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.
Nazir seçkilərin müşahidəsi məqsədilə bir sıra beynəlxalq təşkilatlara dəvətlər göndərdiyini qeyd edərək, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanatının DTİHB-in mandatına zidd olduğunu diqqətə çatdırıb. E. Məmmədyarov 100 milyondan artıq əhalisi olan ATƏT-ə üzv dövlətlərə müvafiq olaraq DTİHB tərəfindən 400 və ya 500 müşahidəçi göndərildiyi halda, 9.5 milyon əhalisi olan Azərbaycana 125 seçki dairəsi üzrə 400 nəfər qısa və uzunmüddətli müşahidəçinin göndərilməsinin hər hansı normal məntiqə sığmadığını və tamamilə qeyri-mütənasib xarakter daşıdığını bildirib. DTİHB-nin seçkilərin müşahidəsi ilə bağlı metodologiyasının hansı meyarlara və məntiqə əsaslandığının tamamilə anlaşılmaz olduğunu deyən nazir DTİHB-nin mandatının ilk növbədə seçkilərin keçirilməsi üzrə ATƏT-ə üzv dövlətlərə texniki dəstək göstərmək olduğunu xatırladıb. O, ATƏT-in fəaliyyətdə olan sədrinin iştirakı ilə bu məsələnin müzakirə olunacağına və münasib çıxış yolunun tapılacağına ümidvar olduğunu bildirib. Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyası üzrə ad-hok (müvəqqəti) komitəsinin ön heyətinin üzvləri isə səfər çərçivəsində məhsuldar görüşlər keçirdiklərini, seçkiqabağı mühitlə yaxından tanış olduqlarını və AŞPA tərəfindən seçkilərin müşahidəsi üçün lazımi hazırlıq tədbirləri gördüklərini bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info