Sənaye məhsullarının istehsalçı qiymətləri 15,8 faiz ucuzlaşıb
Tarix: 23.09.2015 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Bu ilin avqust ayında mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 18,4 faiz, emal sənayesi üzrə 2,5 faiz ucuzlaşıb, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahələrində isə qiymətlərdə dəyişiklik baş verməyib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 15,8 faiz ucuzlaşıb.
Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 18,5 faiz, metal filizlərinin hasilatı üzrə 4 faiz ucuzlaşıb, digərlərinin qiymətləri isə sabit qalıb.
Ay ərzində emal sənayesində istehsalçı qiymətləri neft məhsullarının istehsalı üzrə 4,8 faiz, kimya sənayesi üzrə 1,9 faiz, metallurgiya sənayesi üzrə 1 faiz, tikinti materiallarının istehsalı üzrə 0,8 faiz ucuzlaşıb, kompüter və digər elektron avadanlıqlarının istehsalı üzrə 1,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,1 faiz, kağız və kartonun istehsalı üzrə 0,3 faiz bahalaşıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər olmayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Prezident İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb
14.10.2019
Səkkiz ayda Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb
14.10.2019
“Azərbaycan nemətləri“ brendinin tanıtımı ilə bağlı memorandum imzalanıb
14.10.2019
Qablaşdırılmış aqrar məhsulları xarici bazara yeni marka ilə çıxarılacaq
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info