YARAT “Ürək tənha ovçudur“ adlı qrup sərgisini təqdim edir
Tarix: 23.09.2015 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


YARAT Müasir İncəsənət Mərkəzi “Ürək tənha ovçudur” (The Heart is a Lonely Hunter) adlı qrup sərgisini təqdim edir. Son dövrdə yaradılmış yeni əsərləri bir araya gətirən bu qrup sərgisində şəbəkə şəklində yerləşən vücud və rəmzi obrazların tamaşaçı "mənliyi"ni necə dəyişdiyinin yollarını araşdıran əsərlər nümayiş etdirilir.
Sərgiyə YARAT Müasir İncəsənət Mərkəzinin baş kuratoru Suad Qarayeva və Nyu-Yorkda yerləşən “New Museum”-un nəzdindəki “Rhizome” təşkilatının bədii rəhbəri Maykl Konnor birlikdə kuratorluq edirlər.
Sərginin açılışı sentyabrın 24-ü saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində (Bakı şəhəri, Səbail rayonu, AZ1000) keçiriləcək. Giriş sərbəstdir.
Müxtəlif sənət növlərində çalışan Neil Belufa (Neil Beloufa), Hanna Blək (Hannah Black), Kamil Enro (Camille Henrot), Parker İto (Parker Ito), Banni Rocers (Bunny Rogers), Casper Spisero (Jasper Spicero) və Lu Yan (Lu Yang) kimi dünya şöhrətli rəssamların əsərlərində sahiblik münasibətləri, vizual özəllik, cəmiyyətdəki qarşılıqlı əlaqələr və onların təsvirləri ilə bağlı mövzular təhlil olunur.
Pyer Yuiq (Pierre Huyghe) ilə Filip Parrenonun (Phillipe Parreno) birgə işi olaraq anime (cizgi) filmi personajının təkrar bədii istifadəsini tədqiq edən “Kabus yox, yalnız örtük” (“No Ghost Just a Shell”, 1999-2002) adlı davamlı layihə sərginin mərkəzi ekspozisiyasını təşkil edir. “Ürək tənha ovçudur” sərgisi çərçivəsində Pyer Yuiqin bu silsilə layihəsi üçün çəkdiyi iki videofilmi nümayiş etdiriləcək. Pyer Yuiq öz personajının zahirən boş görünməsinə valeh olsa da, sənətkarın nümayiş etdirilən son sərgi işləri ekrandakı təsvirin sadəcə “örtük” olmaması ideyasını vurğulayırlar: xəyali obrazlar da real dünyanın işlərinə təsir göstərir və təsirlərə məruz qalırlar.
Sərgidə nümayiş olunan bir sıra əsərlərdə sənətkarlar ekran təsvirlərinin müəyyən təsirini – azarkeş tamaşaçını mənəvi və hətta fiziki cəhətdən necə dəyişdiyini araşdırırlar. Rəssam Banni Rocers isə özünü 1999-cu ildə ABŞ-da baş vermiş faciəvi silahlı insidentin (çox hallarda iddia edilir ki, baş vermiş faciənin səbəbi – o zorakılığı törədən şəxslərin özlərini videooyun qəhrəmanlarına bənzətmələri olmuşdur) cərəyan etdiyi məkana – “Columbine” Yüksək Məktəbinin kitabxanasına köçürülmüş iki televiziya seriyalının animasiya obrazları cildində təsvir edir. Hanna Blək isə Bakıda bodibildinqlə məşğul olan peşəkar və həvəskarların iştirakı ilə yenicə ərsəyə gətirdiyi videofilmini təqdim edir. Filmdəki bakılı bodibilderlər heç də “Photoshop” vasitəsilə hazırlanmış fitnes jurnallarında və ya kompüter qrafikası ilə yaradılmış filmlərdə gördüyümüz super-qəhrəmanlardan geri qalmırlar.
Sərgidəki əsərlər həmçinin normal bədənlərin ekranda deformasiyaya uğrayıb anormal formalara keçərək kadrdan kənara çıxmasının yollarını əks etdirir. Kamil Enronun ilk dəfə YARAT Müasir İncəsənət Mərkəzində nümayiş olunan rəsmləri populyar ABŞ musiqiçisi Niki Minajın videoklipindən ilhamlanaraq yaradılmışdı. Kamil Enronun rəsmləri müasir ekran mədəniyyətində kolonializm, ekzotizm və irqi stereotip kabuslarını oynadır və onlara qarşı müqaviməti işıqlandırır. Eyni mövzuları araşdıran Lu Yanın instalyasiyasına isə elə bir videooyun daxildir ki, rəssamın bu oyun üçün yaratdığı baş rol qəhrəmanı ana bətnidir, yəni qadınlarda olan daxili orqanın antropomorfik obrazı.
Bundan əlavə, sərgi, ekran personajları ilə oxşarlığın ikili rol oynaya biləcəyi vasitələri ön plana çəkir, belə ki, bu oxşarlıqlar əsərə həm məhdudiyyət, həm də, eyni zamanda, sərbəstlik verə bilər. Misal üçün, Casper Spiseronun əsərləri sönük və ümidsiz mühitlərdə – dustaqxanalarda, yararsız boş evlərdə cərəyan edən fantastik əhvalatdırlar. Parker İtonun məxsusi olaraq sərgi yerinə görə hazırlanmış instalyasiyasını isə üst-üstə yerləşən mətn laylarından ibarət şəkillər, heykəltəraşlıq nümunələri arasında zəncirlərdən sallanan təsvirlər təşkil edirlər; bu mürəkkəb mühitin içində zəncirlənmiş hissi keçirməklə yanaşı həm də hallüsinasiya-sayağı qurtulma yolunu da görmək olur. Neil Belufa isə Banf şəhərində (Kanada) statistika üzrə mütəxəssislər qrupu üçün tədqiqat obyekti olan yeniyetmələrdən bəhs edən bir film təqdim edir; filmdəki tədqiqat bizim bütün qorxu və ümidlərimizin, bütün əlaqələrimizin sosial media əsrində necə izlənməyə və məqsədli marketinqə məruz qaldığının bir metaforası kimi qarşılanır.
“Rhizome”nin bədii rəhbəri Maykl Konnor söyləyir: “Fan-art sənətini hər hansı filmin və ya videooyunun, ya da digər bədii əsərin fanatları yaşadırlar. Fan-art əsərinin personajları, adətən, həm orijinal əsərlə uyğunlaşan, həm də orijinal əsərdə baş verməyən hallarda əks etdirilir. Bu sərgi, eləcə də sərgidə iştirak edən bir çox rəssam məhz fan-art sənətindən ilhamlanıb. Biz hətta sərginin təşkilati tərəfini də bir növ fan-art işinə çevirmişik – sərginin adını Karson MakKalersin romanından götürmüşük. Mən bu romanı, demək olar ki, 20 ildir oxumuram, amma vaxtilə mənə çox dərin təsir bağışlaması yaxşı yadımdadır...”.
YARAT Mərkəzinin baş kuratoru Suad Qarayeva bildirir: “YARAT Müasir İncəsənət Mərkəzində biz mühüm və ən müasir incəsənət nümunələrinin nümayiş etdirilməsi üçün çalışırıq. “Ürək tənha ovçudur” sərgisi incəsənətin xüsusi istiqamətini – post-rəqəmsal cərəyanını araşdırır və bizim tamaşaçılara sürətlə inkişaf edən bu bədii təsvir təcrübələrini təqdim edir”.
Maykl Konnor haqqında
Maykl Konnor Nyu-Yorkda yerləşən “New Museum”da “Rhizome”un bədii rəhbəri və Nyu-York Tiş İncəsənət Məktəbinin Foto və Təsvir Şöbəsinin dəvət olunmuş professorudur. O, Mançesterdə “Cornerhouse” qalereyası, Nyu-Yorkda Hərəkətli Təsvirlər Muzeyi, Melburnda Avstraliya Hərəkətli Təsvirlər Mərkəzi (ACMI), Torontoda “Bell Lightbox”, Liverpulda İncəsənət və Yaradıcı Texnologiyaları Fondu (FACT), Londonda “MocaTV” və Britaniya Film İnstitutu (BFI) müasir incəsənət muzeyləri üçün iri sərgilər və layihələrin təşkilini həyata keçirib. Onun “Siz buradasız” (“You Are Here”) məqaləsi: “İnternetdən sonra incəsənət” (Cornerhouse), “Rəqəmsal Videonun Abstraksiyası” (Digital Video Abstraction) (“UCPress”, nəşr gözlənilir), “ArtAsiaPacific” və “Artforum.com” portallarında yer alıb. Maykl Konnor incəsənət və texnologiyalar ilə əlaqəli mövzulara dair geniş mühazirələrlə çıxış edir.
Suad Qarayeva haqqında
Suad Qarayeva YARAT Müasir İncəsənət Mərkəzinin baş kuratorudur və YARAT Mərkəzinin daimi kolleksiyasına və müvəqqəti sərgi proqramlarına rəhbərlik edir. Suad xanım əvvəllər Londonun “Sotheby`s”in Rusiya və MDB ölkələrinin müasir incəsənəti üzrə mütəxəssis və kurator vəzifələrində çalışıb. Burada, Suad xanım 2013 və 2014-cü illərdə Qafqaz və Mərkəzi Asiyanın müasir incəsənətini təqdim edən, ilk dəfə keçirilən “At the Crossroads” (“Yolların kəsişməsində”) adlı sərgilərə rəhbərlik etmişdir. Rusiya və Şərqi Avropa ölkələrinin müasir incəsənət əsərlərinin satış tədbirlərinə, o cümlədən 2013-cü ildə keçirilmiş “Müasir Şərq” və “Fokusu dəyişərək” tədbirlərinə rəhbərlik etmişdi. Suad Qarayeva uzun müddətdir ki, YARAT Təşkilatı ilə əməkdaşlıq edir və 53 və 54-cü Venesiya Biennalesində Azərbaycanın Milli Pavilyonunda fəal işi də daxil olmaqla, çoxsaylı beynəlxalq sərgilərdə çalışmışdır. Bu yaxınlarda Suad xanım 56-cı Venesiya Biennalesində 22 noyabr 2015-ci il tarixinə qədər nümayiş etdiriləcək YARAT Təşkilatının “Odla suyun birliyi” (The Union of Fire and Water) adlı layihənin təşkilatçılıq işlərinə rəhbərlik edib. Suad xanım həmçinin Londonda yerləşən “Tate Modern” müasir incəsənət qalereyasında Rusiya və Şərqi Avropa üzrə Nəzarət Komitəsinin üzvüdür.
“Ürək tənha ovçudur”
Sərginin adı Karson MakKalersin ABŞ-ın cənub ştatı olan Corciyada yerləşən kiçik şəhərcikdəki həyat haqqında 1940-cı ildə yazdığı romanından götürülüb. Bu roman yaşadıqları mühitə fiziki və ya sosial baxımdan “uyğun gəlməyən” və özlərini son dərəcə təcrid olunmuş hiss edən, xiffət çəkən bir sıra personajların ətrafında cərəyan edir. Sərgi bu emosional qaydaları müasir internet kontekstində yenidən təsvir edir; sərgidə təmsil olunan rəssamlar standart həyat yollarını sual etməklə və bu standartlar çərçivəsindən kənara çıxmağın bir yolu kimi tamaşaçıları ekran simaları və personajları ilə eyniləşdirməyə dəvət edir.
YARAT haqqında
YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın paytaxtı Bakıda yerləşən qeyri-kommersiya təşkilatıdır, Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilmişdir. YARAT Azərbaycanda müasir incəsənətin dəstəklənməsi və geniş ictimaiyyət tərəfindən dərk olunması məqsədi ilə fəaliyyət göstərir, Azərbaycan incəsənətinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ olunması ilə məşğuldur.
YARAT (azərbaycanca “yaratmaq” sözünün mənasında) tərəfindən indiyə qədər, əksəriyyəti Bakıda təşkil olunaraq, 140-dan artıq layihə həyata keçirilib. YARAT-ın fəaliyyətində əsas mahiyyət kəsb edən tədris-təlim işi art-rezident səfərlərindən, praktiki məşğələlərdən, mühazirələrdən və film nümayişlərindən ibarətdir. 2014-cü ildə yay məktəbi təşkil olunmuşdur, eləcə də yeni bir binası istifadəyə verilmişdi. Həmin binada rəssam emalatxanaları və “art-rezident” proqramı üçün mənzillər yerləşir. Təşkilatın ARTIM proqramı (azərbaycanca “artmaq” sözünün mənasında) incəsənətə meyl göstərən gəncləri dəstəkləyir, onların işlərini kuratorların diqqətinə çəkib sərgiləndirməyə imkan yaradır.
2015-ci ilin mart ayında YARAT Müasir İncəsənət Mərkəzi də açılıb. Bu mərkəz YARAT-ın ilk daimi sərgiləmə məkanıdır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni mərkəz (sahəsi 2000 m2) müasir incəsənətə və incəsənətin tədrisinə xidmət edən regional miqyaslı bir qovşaqdır. Burada müəyyən müddət üçün gətirilən müvəqqəti sərgilərlə yanaşı, YARAT-a məxsus daimi kolleksiyanın əsərlərini təqdim edən sərgi də nümayiş etdirilir. Daimi kolleksiya Qafqaz, Orta Asiya və qonşu ölkələri təmsil edən görkəmli sənətkarların əsərlərindən ibarətdir. Eləcə də Mərkəzin açılış mərasimində “Gözlərimin Evi” adı sərgisi ilə iştirak edən Şirin Neşat kimi beynəlxalq səviyyəli rəssamın əsərləri nümayiş olunmuşdu.
YARAT Təşkilatı həmçinin Bakıda iki “Pablik Art Festival”ı təşkil etmiş (üçüncü festival bu il iyun ayının 13-cü başlayaraq oktyabr ayının 5-nə qədər davam edəcək), “Vienna Contemprorary” və “Art Dubai” kimi beynəlxalq yarmarkalar, şəhər muzeyləri ilə birgə əməkdaşlıq çərçivəsində sərgilər və 55-ci Venesiya Biennalesi kimi birgə beynəlxalq layihələrdə yaxından iştirak etmişdir. Hal-hazırda, YARAT Müasir İncəsənət Məkanı Rəşad Ələkbərov və Almagül Menlibayevanın əsərlərindən ibarət “Odla suyun birliyi” adlı birgə layihə ilə 56-cı Venesiya Biennalesinin paralel proqramında iştirak edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
13.11.2019
“Variety“ jurnalı “Oskar“ mükafatına mümkün namizədləri açıqlayıb
12.11.2019
“Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
12.11.2019
Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
12.11.2019
“Dünyaya üç baxış”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info