“Azəriqaz“da min nəfərə yaxın işçi qüvvəsinə ehtiyac yaranıb”
Tarix: 23.09.2015 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


Vakansiya üzrə 410 vakant yer üzrə dərhal işə götürüləcək

SOCAR-ın "Azəriqaz" İB-də 1 000 nəfərə yaxın işçi qüvvəsinə ehtiyac yaranıb".
Bunu bu gün keçirilən mətbuat konfransında SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib. X. Məmmədovun sözlərinə görə, müsabiqə neft sektorunun inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsindəki dövlət siyasətinə əsaslanaraq Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və SOCAR arasında əməkdaşlıq haqqında memorandum çərçivəsində gənclərin məşğulluğun təmin olunmasına yönəlib.
Vitse-prezident bildirib ki, sənədlər “Azəriqaz” tərəfindən nazirlik yanında Dövlət Məşğulluq Xidmətinə artıq təqdim edilib. Müsabiqəyə 30 yaşı olmayan minimum tam orta təhsili, fiziki cəhətdən sağlam olan və regionlarda daimi yaşayan (Bakı, Sumqayıt və Abşeron rayonunda qeydiyyatdan olanlardan başqa) iştirak edə bilərlər. O qeyd edib ki, vakansiya üzrə 410 vakant yer üzrə dərhal işə götürüləcək. 560 əlavə vakansiya üzrə qəbul olunanlar isə bir il ərzində proqnozlaşdırılan vakant yerləri üçün SOCAR-ın kadr ehtiyatları bazasına daxil ediləcək və işə qəbul olunacaq. Müsabiqə prosesinin bütün mərhələləri barədə məlumatlar iddiaçıların müraciət zamanı göstərdikləri elektron poçt ünvanlarına və mobil telefon nömrələrinə SMS vasitəsilə göstəriləcək. Müraciəti təsdiq edilən iddiaçıların hər birinə Fərdi İdentifikasiya nömrəsi və şifrə veriləcək. Bunun vasitəsilə onlar müvafiq linkə daxil olmaqda müsabiqənin nəticələri haqqında məlumat ala biləcəklər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
07.12.2019
Şahin Mustafayev Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri təyin edilib
07.12.2019
Namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdimi bu ərəfədə aparılacaq
07.12.2019
OPEC və OPEC+ kimi tanınan tərəfdaşlarının toplantısı Vyanada başlayıb
07.12.2019
Azərbaycana illik 3 milyard dollara yaxın valyuta daxilolmaları gözlənilir
07.12.2019
Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info