Naxçıvanskinin xatirəsi anılıb
Tarix: 23.09.2015 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Salyandakı Nizami Gəncəvi adına Mərkəzi Kitabxanada general Cəmşid xan Naxçıvanskinin anadan olmasının 120 illiyi münasibətilə tədbir keçirilib. Əvvəlcə generalın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan rayon icra hakimiyyətinin məsul işçisi Əzizağa Yaqubov Cəmşid xan Naxçıvanskinin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Azərbaycanın hərb sənəti tarixinin görkəmli nümayəndəsi Cəmşid xan Naxçıvanski 1895-ci ildə Naxçıvan şəhərində dünyaya gəlib. Ömrünün 26 ilini hərbi fəaliyyətdə keçirən Azərbaycanın bu ləyaqətli oğlu repressiya dövrünün haqsız qurbanlarından biri olub. General 1938-ci il avqustun 26-da SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası qapalı keçən məhkəmədə onun barəsində ölüm hökmü çıxarmış, elə həmin gün bu hökm icra olunmuşdur.
Silahlı Qüvvələr, Müharibə və Əmək Veteranları Şurası Salyan rayon təşkilatının sədri Vilayət Əsgərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Salyan rayon şöbəsinin əməkdaşı, mayor Tağı Həsənov, müharibə veteranı Məmməd Nuriyev, mərkəzi kitabxananın direktor müavini Səidə Əliyeva bildiriblər ki, xalqına, Vətəninə sədaqətlə xidmət edən Cəmşid xan Naxçıvanskinin ömür yolu gənclərə vətənpərvərlik hisslərinin, yurdsevərlik duyğularının aşılanması baxımından çox önəmlidir. Qeyd olunub ki, 1971-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda yaradılan hərbi lisey və paytaxt küçələrindən birinə onun adının verilməsi Ümummilli Liderin Azərbaycanın bu qüdrətli oğluna olan sonsuz ehtiramının təzahürüdür.
Diqqətə çatdırılıb ki, hərb sənətinin görkəmli nümayəndəsi olan Cəmşid xan Naxçıvanskinin xatirəsi bu gün də dövlətimiz tərəfindən əziz tutulur, hörmətlə yad edilir.
Mərasimdə gənclər və yeniyetmələr arasında vətənpərvərlik hissinin təbliği baxımından belə tədbirlərin keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info