Nizami Kino Mərkəzində yeni filmlər nümayiş olunacaq
Tarix: 24.09.2015 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Sentyabrın 24 -dən etibarən Nizami Kino Mərkəzində ABŞ, Böyük Britaniya, İslandiyanın istehsalı olan "Everest" , "Stajçı" (ABŞ) və "Gecə qonağı" (Azərbaycan) filmlərinin nümayişinə başlayacaq.
Kino Mərkəzindən bildirilib ki, rejissor Baltasar Kormakurun real hadisələr əsasında çəkdiyi "Everest" filmi triller, dram və macara janrındadır. Filmdə rolları Ceyson Klark, Coş Brolin, Con Houks, Robin Rayt, Emili Uotson, Kira Naytli, Sem Uortinqton, Ceyk Cillenxol, Tomas M. Rayt, Martin Henderson və başqa aktyorlar canlandırıblar. Komediya janrında çəkilmiş "Stajçı" filminin ssenari müəllifi və rejissoru Nensi Mayersdir. Ekran əsərində rolları Enn Xeteuey, Robert De Niro, Rene Russo, Nat Vulf, Drena De Niro və başqaları ifa ediblər. "Gecə qonağı" adlı yeni filmi isə azərbaycanlı rejissor Kənan MM çəkib. Ekran əsəri dram janrındadır. Filmin sonluğu tamaşaçı üçün gözlənilməz olacaq. Filmdəki obrazları aktyorlar Fərda Amin, Pərvin Abiyeva, Tural Əhməd, Kəmalə Piriyeva, Kənan MM və başqaları canlandırıblar. Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin “Facebook” səhifəsindən öyrənmək olar.




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
“Variety“ jurnalı “Oskar“ mükafatına mümkün namizədləri açıqlayıb
12.11.2019
“Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
12.11.2019
Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
12.11.2019
“Dünyaya üç baxış”
12.11.2019
İmadəddin Nəsimi – 650: Nəsimi, muğamlarımız və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info