“LAYF” Xeyriyyə İctimai Birliyi xeyriyyə gecəsi təşkil edib
Tarix: 28.09.2015 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


“LAYF” Xeyriyyə İctimai Birliyinin təşkilati dəstəyi, “Qan ver, həyat xilas et!” deviziylə “28 Cinema”da Xeyriyyə Gecəsi keçirilib. “LAYF” Xeyriyyə İctimai Birliyinin icraçı direktoru Emil Vəliyevin verdiyi məlumata görə, tədbirin keçirilməsində məqsəd cəmiyyətdə könüllü qan donorluğunun təbliği və irsi qan xəstəliklərinə qarşı mübarizəyə ictimaiyyətin diqqətini artırmaqdır. “Son illər ölkəmizdə irsi qan xəstəliklərinin qarşısının alınması istiqamətində bir çox qanun layihələri həyata keçirilib. Xüsusilə də, bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın irsi qan xəstəliklərindən əziyyət çəkən həmvətənlərimizin müalicəsi istiqamətində gördüyü işlər ilbəil öz bəhrəsini verməkdədir”-deyə, o gecədə iştirak edən qonaqları məlumatlandırıb. Xeyriyyə gecəsində “EVEREST” filminin premyerası təqdim edilib. Premyerada könüllü qan donorluğunun təbliğində “LAYF” Xeyriyyə İctimai Birliyinə dəstək verən qurumlar və talassemiyalı uşaqlara qarşılıqsız qan verən “Qəhrəman Donorlar” iştirak ediblər. Xeyriyyə gecəsinin ilk günündə, sentyabrın 24-də açılış nitqini tanınmış həkim-cərrah Vasif İsmayıl edib. Daha sonra çıxış edən dəyərli qonaqlar, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev və “Toyota Baku” Şirkətinin baş direktoru Mustafa Abbasbəyli könüllü və mütəmadi qan donorluğunun təbliğatının önəmini vurğulayaraq, bundan sonra da bu sahədə görüləcək işlərə dəstək verəcəklərini bildiriblər. Xeyriyyə gecəsinin ikinci günündə sentyabrın 25-də isə açılışı “LAYF” Xeyriyyə İctimai Birliyinin icraçı direktoru Emil Vəliyev edib. Daha sonra çıxış üçün üçün söz “LAYF” Xeyriyyə İctimai Birliyin İdarə heyətinin üzvü Məmməd Abbasbəyliyə söz verilib. Məmməd Abbasbəyli qeyd edib ki, “Everest” filminin seçilməsinə səbəb, “Everest” zirvə yürüşünün real həyatda çox çətin keçilən yol olması, eyni zamanda, filmin real hadisələrə əsaslandığını və irsi qan xəstələrinin yaşaması və normal həyata davam etməsi də “Everest” zirvəsinə gedən yol kimi çətin olmasındadır: “ “Everest” zirvəsinə gedən yolda dağçılar öz komanda üzvlərinə, irsi qan xəstələri isə onların həyatlarına davam etmək üçün zəruri qan ehtiyaclarını ödəyən “Qəhrəman Donorlara” güvənirlər. Ölkəmizdə hər 8 nəfərdən birinin irsi qan xəstəliyi daşıyıcısı olduğunu nəzərə alaraq, dövlətimizin və cəmiyyətimizin xüsusi qayğısı olmadan bu xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımızın normal həyata davam etməsi mümkünsüzdür. Biz də onların öz həyatının zirvəsinə, yəni sağlam və uzun ömrə sahib olmaları üçün dəstəyimizi əsirgəməməliyik”-,deyə o vurğulayıb. Gecədə eləcə də tanınmış dağçı Tərlan Ramazanov film haqqında qonaqlara dəyərli fikirlərini bildirib.
Daha sonra qonaqlara “Everest” filminin premyerası təqdim edilib. Qeyd edək ki, iki gün ərzində filmi 500-dən çox donor izləyib. Xeyriyyə gecəsinə donorlarla yanaşı dövlət və hökumət nümayəndələri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının və özəl şirkətlərin rəhbərləri, eyni zamanda, KİV nümayəndələri və ictimai xadimlər iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info