Lukaşenko: “Qəzzafini çarmıxa çəkdiniz, indi Liviya üçün yaxşıdırmı?”
Tarix: 28.09.2015 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


“Siz günahkarsınız, deyin ki, səhv etmişik”

“Anlamaq lazımdır ki, hər bir xalqın öz inkişaf yolunu seçmək hüququ var və buna hörmət edilməlidir”

Belarus dövlət başçısı Aleksandr Lukaşenko BMT Baş Assambleyasının plenar iclasında çıxışı zamanı qeyd edib ki, rəsmi Minsk münaqişələrin və insan ölümlərinin qarşısının alınmasının tərəfdarıdır. Ölkəsinin müharibələrdən çox əzab çəkdiyini deyən Lukaşenko sabitliyin, dövlətin inkişafının, xalqların rifah halının yüksəlməsinin tərəfdarı olduqlarını bildirib: “«Bizdə diskrimnasiya, milli-dini rasizm yoxdur. Bizdə ana və uşaq ölümü demək olar ki, yoxdur-dünya üzrə ən aşağı göstəricidir. Demokratiya qərbli müəllimlərin bizə öyrətdiyi yox, elə budur”. Lukaşenko bildirib ki, dünya son 3 onillikdə çox parçalanıb: “Planetimiz çoxsaylı silahlı münaqişələr, terror aktları ilə silkələnir. Dünyada Sovet İttifaqının dağılmasından sonra güc balansı bərpa etmək mümkün olmayıb. Güc balansı yoxdursa, sülh və sabitlik də yoxdur. Sistem böhran keçirir. İstənilən sistemdə tək olan güc nəzarətsiz fəaliyyət göstərərək ancaq öz marağı üçün çalışır, problemləri başqalarının hesabına həll edir. Hegemonluq siyasəti və milli eqoizm təzyiq, sanksiya və hərbi aksiyalardan istifadənin sayını çoxaldıb. Nəticədə biz bir-birimizə olan etimadı itiririk. Bəzilərinin heç başqa xalqların mədəniyyətini, ənənəsini anlamaq anlayışı belə, yoxdur. Balansın bərpa edilməsi-çoxqütblü dünyaya gedən uzun yoldur. Anlamaq lazımdır ki, hər bir xalqın öz inkişaf yolunu seçmək hüququ var və buna hörmət edilməldir. Ancaq bu yolla etimadı bərpa edə bilərik. Tarix göstərir ki, vahid liderliyə iddia edən istənilən dövlət başqalarının maraqlarını saymırsa, sonda dağılır. Başaqlarının hesabına əldə edilən üstünlük uzun müddətli olmur”. Belarus dövlət başçısı bildirib ki, ərəb Şərqində baş verənlər insanlıq əleyhinə cinayətdir: “İraqda kimyəvi silah olduğunu iddia edən məlum dövlətlər bu ölkəni “demokratikləşdirməyə” başladılar. Bəs, hanı İraqda olan kimyəvi silah? Hanı demokratikləşən İraq? Ümumiyyətlə, bu ölkə hanı, İraq xalqının gələcəyi necə olacaq? Demokratiyadan sonra İraq ərazisində yaşamaq insanlar üçün daha asan və rahat olubmu? Qətiyyən. Siz günahkarsınız, deyin ki, səhv etmişik. Dayanmaq lazım idi.

“İraqda kimyəvi silah olduğunu iddia edən məlum dövlətlər bu ölkəni “demokratikləşdirməyə” başladılar. Bəs, hanı İraqda olan kimyəvi silah? Hanı demokratikləşən İraq? Ümumiyyətlə, bu ölkə hanı, İraq xalqının gələcəyi necə olacaq? Demokratiyadan sonra İraq ərazisində yaşamaq insanlar üçün daha asan və rahat olubmu? Qətiyyən. Siz günahkarsınız, deyin ki, səhv etmişik. Dayanmaq lazım idi. Amma yenə də davam etdiniz, Tunisdən başladınız, Liviyada bitirdiniz. Eyni ssenari. Liviya dövlətini məhv edərək Qəzzafini çarmıxa çəkdiniz. İndi Liviya üçün yaxşıdırmı? Yox. Ümumiyyətlə, Liviya dövlət kimi qalıbmı? Bəlkə, bəs idi. Amma sonra Suriyaya soxuldunuz”

Amma yenə də davam etdiniz, Tunisdən başladınız, Liviyada bitirdiniz. Eyni ssenari. Liviya dövlətini məhv edərək Qəzzafini çarmıxa çəkdiniz. İndi Liviya üçün yaxşıdırmı? Yox. Ümumiyyətlə, Liviya dövlət kimi qalıbmı? Bəlkə, bəs idi. Amma sonra Suriyaya soxuldunuz. Soruşuruq, niyə? Niyə insanları öldürürsünüz, niyə hakimiyyətdə olan prezidenti devirirsiniz, o, sizə niyə sərf etmir? Bu ölkə ərazisini xarabaya çevirməklə bizim sivilizasiyanın ilk əlamətlərini yer üzündən silirsiniz. İndi çıxın BMT tribunasından dünya ictimaiyyətinə niyə belə etdiyinizi və nə istədiyinizi deyin”. Lukaşenko bildirib ki, BMT gücün nümayiş olunduğu yer olmamalı, hansısa dövlətlərin alətinə çevrilməməlidir: “Beynəlxalq strukturlar böhran keçirir. Belə fikir yaranır ki, beynəlxalq strukturlar ancaq bəzi dövlətlərin başqalarına qarşı təzyiq etməsi üçün lazımdır. BMT nə qədər qətnamə qəbul edib. Bu qətnamələr münaqişələri həll edibmi? Etiraf edək ki, yox. Səs verib, sonra hərə bir tərəfə gedir. Nəticədə daha böyük etimadsızlıq yaranır. Bu, BMT-nin nüfuzunu azaltmaqla, ona olan etibarı zəiflədir. Beynəlxalq strukturlar münaqişələrin qarşısını alınmasında və onların həllində kifayət qədər rol oynaya bilmirlər. Buna son qoymaq lazımdır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq
4 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
5 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info