İsmayıllıda keçirilən etno-irs günləri başa çatıb
Tarix: 29.09.2015 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı şəhərindəki Heydər Əliyev parkında tələbə gənclərin iştirakı ilə etno-irs günləri keçirilib.
Milli-mədəni irsimizin, adət-ənənələrimizin təbliği və qorunub saxlanılması məqsədilə reallaşdırılan bu layihənin axırıncı günü təntənəli təşkil olunub. Çoxsaylı tamaşaçı kütləsi tədbir çərçivəsində gənc aktyor və tələbələrin, eləcə də rayonun mədəniyyət işçilərinin, qəsəbə və kəndlərin folklor qruplarının ifasında Azərbaycan xalqının qədim rəqslərini və toqqamərə kimi xalq oyunlarını, milli musiqi nümunələrini böyük maraqla izləyiblər. Qonaqların adət-ənənələrimiz və milli mətbəximizlə daha yaxından tanış olmaları məqsədilə yeməklərin hazırlanma qaydaları da nümayiş etdirilib. Arzu edənlər bu yeməklərdən həvəslə dadıblar. Lahıc, Basqal və digər qəsəbə və kəndlərin misgərlərinin, zərgərlərinin, kəlağayı ustalarının, dulusçuların, nəqqaşların və başqa sənət ustalarının yaratdıqları sənətkarlıq nümunələri hər kəsdə böyük maraq doğurub. Etno-irs günlərində 100-ə yaxın gənc aktyor, tələbə, eləcə də İsmayıllı rayonunun sənətkarları iştirak ediblər. Mollaisaqlı, Hacıhətəmli, Kürdmaşı kəndlərinin folklor qruplarının milli geyimlərdə gözəl ifaları tədbirə əlavə rəng qatıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
“Variety“ jurnalı “Oskar“ mükafatına mümkün namizədləri açıqlayıb
12.11.2019
“Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
12.11.2019
Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
12.11.2019
“Dünyaya üç baxış”
12.11.2019
İmadəddin Nəsimi – 650: Nəsimi, muğamlarımız və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info