“Moody`s“: “Azərbaycan İranın üzərindən sanksiyaların götürülməsindən mənfəət əldə edə bilər”
Tarix: 29.09.2015 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Nüvə sövdələşməsi, o cümlədən, bu sövdələşmə ilə bağlı iqtisadi və maliyyə sanksiyalarının ləğvi Azərbaycana qonşu İranla xarici ticarət və investisiya sahəsində dönüş etmək imkanı yaradır.
Bu barədə "Moody`s" beynəlxalq reytinq agentliyinin hesabatında qeyd olunur.
Hesabata əsasən, bu yeni ticarət və investisiya imkanları nüvə sövdələşməsi hesabına yaranmış mənfi balans təsirlərini qismən də olsa kompensasiya edə bilər: "Çünki, əgər nüvə sövdələşməsi həyata keçirirlərsə, bu, İrana neft bazarına yenidən qayıtmağa imkan verəcək. Bu proses Azərbaycan neftinin qiymətinin aşağı düşməsinə və neftdən əldə etdiyi gəlirlərə mənfi təsir edəcək. Azərbaycan sanksiyaların aradan qaldırılmasından sonra qonşu İranla ticarət əlaqələrini gücləndirə və yatırılan investisiyalar hesabına mənfəət əldə edə bilər. 78 milyonluq əhalisi olan və 2014-cü ildə dünya üzrə ən yüksək ÜDM göstəricisinə görə 18-ci yerdə qərarlaşan İran Yaxın Şərq, MDB regionunda Rusiya və Səudiyyə Ərəbistanından sonra ən böyük iqtisadiyyata malik üçüncü ölkə olmaqla, nisbətən kiçik Azərbaycan iqtisadiyyatına mühüm ticarət və investisiya imkanları təklif edir".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2020
Meyvə-tərəvəz istehsalı artır: emal müəssisələri yaradılmasına ehtiyac var
21.01.2020
“Moody’s“: Azərbaycanın 30 aylıq idxalı ödəyəcək qədər valyuta ehtiyatları mövcuddur
21.01.2020
Fitch Ratings Azərbaycanın reytinqini ‘BB+’ səviyyəsində təsdiq edib
21.01.2020
“Azərsun Holdinq” 20 Yanvarla bağlı silsilə tədbirlər həyata keçirib
21.01.2020
“Azərişıq” şəffaflaşdırma istiqamətində nələr edib?

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb
2 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
3 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
4 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq
5 Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info