Rəssamın “Sehrli yuxular“ı
Tarix: 29.09.2015 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Noyabrın 4-də "Abşeron" qalereyasında rəssam Eldar Babazadənin "Sehrli yuxular" adlı fərdi sərgisi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan İncəsənət Konsulluğunun təşkilatçılığı ilə ("Arts Council Azerbaijan" QHT) keçiriləcək.
Eldar Babazadənin parlaq, dolğun rənglərlə seçilən əsərləri yüksək istedada malik, eyni zamanda daim yaradıcılıq axtarışında olan rəssama məxsus sənətkarlıqla yaradılıb. Fırça ustası sübut edir ki, emosiyasız və həyəcansız tablolar yaratmaq mümkün deyil, bu əsərlərə bütün duyğuları köçürmək lazımdır. Eldar Babazadə rəssamlar ailəsində dünyaya göz açıb. O, rəssamlıq məktəbində və Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsində təhsil alıb. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Sənətkarın işləri o dərəcədə maraqlı və qeyri-adidir ki, ilk tanışlıqda öz güclü enerjisi ilə insanı valeh edir. O, yaratdığı obrazların faktura və energetikasını ustalıqla təcəssüm etdirir. Rəssam daim həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda keçirilən sərgilərdə iştirak edir. Onun tabloları Türkiyə, İran, Almaniya, İsveç, Gürcüstan və Qırğızıstanda nümayiş etdirilir. Eldar Babazadənin "Sehrli yuxular" sərgisi noyabrın 30-dək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info