Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunacaq
Tarix: 29.09.2015 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


Bu gün Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi, dramaturq Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə bağlı tədbir keçiriləcək.
Prezidentin "Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 14 yanvar tarixli sərəncamına uyğun olaraq keçiriləcək tədbir Yasamal rayon Heydər Əliyev Mərkəzində təşkil olunacaq. Qeyd edək ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatının xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi. Şairin yaradıcılığı yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayıb.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info