Gənc gimnastlarımızdan daha bir uğur
Tarix: 29.09.2015 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Onu da qeyd edək ki, Almaniyanın Riza şəhərində akrobatika gimnastikası üzrə müxtəlif yaş qrupları arasında Avropa birinciliyi yekunlaşıb.
Ölkəmiz bu yarışda 12-18 yaşlı idmançılardan ibarət qrupda yer alan kişi və qarışıq cütlüklərlə təmsil olunub. Hər iki cütlük turnirdə uğurla çıxış edib. Final mərhələsində qarışıq hərəkətlərə görə hakimlərdən 27.650 xal alan Seymur Cəfərov və Murad Əkbərovdan ibarət kişi cütlüyümüz gümüş medal qazanıb. Duet birinci yeri tutan Rusiya təmsilçilərindən cəmi 0,3 xal geri qalıb. Üçüncü yerdə isə Belarus təmsilçiləri qərarlaşıblar. Qarışıq cütlüyümüz - Ağasif Rəhimov və Nurcan Cabbarlı isə bürünc medala sahib olublar. Bu kateqoriyada birinci və ikinci yerləri müvafiq olaraq Portuqaliya və Rusiya gimnastları tutublar. Azərbaycan akrobatları tarixdə ilk dəfə olaraq belə bir yarışda yüksək nəticə göstəriblər. Mükafatlandırma mərasimində Azərbaycan Gimnastika Federasiyasının baş katibi, Avropa Gimnastika İttifaqının vitse-prezidenti, həmçinin Avropa Çempionatı apelyasiya kollegiyasının prezidenti Fərid Qayıbov iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub
19.01.2019
“Barselona” sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubudur
19.01.2019
Harri Keyn 2018-ci ildə İngiltərə yığmasının ən yaxşı oyunçusu sayılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info