AŞPA-nın iki komitəsində Dağlıq Qarabağla bağlı müzakirələr aparılıb
Tarix: 01.10.2015 | Saat: 22:09:00 | E-mail | Çapa göndər


Strasburqda AŞPA-nın iki komitəsində Dağlıq Qarabağla bağlı müzakirələr aparılıb. Bu haqda müzakirələrdə iştirak edən deputat Elxan Süleymanov məlumat verib.
Elxan Süleymanov deyib ki, məruzəçi cənab Volter Siyasi Məsələlər Komitəsində Dağlıq Qarabağ və digər ərazilərin Ermənistan tərəfindən işğalına dair məruzə ilə bağlı hesabat hazırlayıb: “O, işğal edilmiş ərazilərə keçidin sistemli şəkildə Ermənistan tərəfindən rədd edilməsini vurğuladı və Komitədə kəskin narazılıqlar səsləndirib. Ermənilər çox aqressiv tərzdə cavab verdilər və müzakirə zamanı otaqdakı deputatların rəğbətini itirdilər. Getdikcə daha və daha aydın olur ki, Ermənistan təkcə bu sahədə deyil, həmçinin siyasi institutlarda ifadə etdikləri dilləri onların həqiqi təcavüzkar olmasını göstərir.

“Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” (Sərsəng məruzəsi) adlı məruzəsi üzrə məruzəçi xanım Markoviç də eyni vəziyyətlə qarşılaşıb. Xanım Markoviçə də Sərsəng hövzəsinə keçməyə icazə verilməyib və o, Ermənistanın Avropa Şurasının əsas prinsiplərinə qarşı gedən rədd cavabına kəskin etiraz etdi”.
Onun sözlərinə görə, hər iki məruzəçinin Ermənistan tərəfindən faktiki qiymətləndirmələrin daxil edilmədən, noyabr ayında bu məsələni yenidən müzakirə edəcəyi gözlənilir: “Məruzələr əlbəttə ki, Ermənistanın pis niyyətini vurğulayacaq və Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərdə nə baş verməsi ilə bağlı beynəlxalq ictimai fikirdə məlumatlılığı artıracaqdır.

Aydındır ki, onların məqsədi Azərbaycan ərazilərinin təcavüzkar və qanunsuz işğalını ört-basdır etməkdir, lakin etiraz etmələri birbaşa onların maraqlarının əksinə gedəcəkdir. Onların bu məsələ ilə bağlı Avropa Şurası ilə əməkdaşlıqdan imtina etməsi qəbul edilməyəcəkdir.

Bir daha təəssüf hissi ilə bildirirəm ki, digər beynəlxalq təşkilatlar güc mərkəzlərinin sifarişlərinə uyub onlara sadiq tərəfdaş olan Azərbaycanda seçkiləri müşahidə etməkdən yayınmaqla çox yanlış və uğursuz bir siyasi addım atdılar. Bu addım onların Azərbaycana qarşı məkrli məqsədlərinin mahiyyətini çılpaqlığı ilə göstərdi. Sonda AŞ-da böyük təzyiqlərə baxmayaraq, müşahidə missiyasının göndərilməsinə səs verən həmkarlarıma öz təşəkkürümü bildirirəm”.

Fuad






 
Bölməyə aid digər xəbərlər
20.10.2018
“Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
20.10.2018
Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz
19.10.2018
Albayrak: “Star” Türkiyənin neft-kimya sənayesi sahəsində idxaldan asılılığını azaldacaq”
19.10.2018
“Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir”
19.10.2018
Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10281

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info