Pavel Felqenhauer: “Azərbaycan Rusiya üçün Ermənistandan daha vacib tərəfdaşdır”
Tarix: 01.10.2015 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


“Rusiyanın Azərbaycanda ciddi maraqları var, silah satışı ciddi gəlir gətirir, hələ mən Azərbaycanın enerji resursları sahəsindəki siyasətinin Moskva üçün nə qədər vacib olduğunu demirəm”

İşğalçı Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində cəbhədə vəziyyət tez-tez gərginləşir. Dinc əhalini də atəşə tutan Ermənistan müharibə dövrünün qaydalarına belə, əməl etmir. İşğalçı dövlət bununla da regionda sabitliyi pozmağa, Azərbaycanı təxribatlara çəkməyə
cəhd edir.

Bu məqamı Azərbaycan dövlət başçısı İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə də qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident bildirib ki, münaqişənin həlli regional sabitlik üçün ən əhəmiyyətli amillərdən biridir. Dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfinin məqsədi danışıqlar prosesini uzatmaq və mövcud status-kvonu saxlamaqdan ibarətdir. Prezident status-kvonun uzun müddət davam etməsinin qəbuledilməz olduğunu və bu məsələnin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən də dəfələrlə bəyan edildiyini vurğulayıb. Təmas xəttində baş verən hadisələrə toxunan Prezident İlham Əliyev Ermənistan tərəfinin Azərbaycanı təxribata çəkdiyini vurğulayıb. Belə halların Ermənistan tərəfinin taktikası olduğunu qeyd edən dövlət başçısı beynəlxalq vasitəçilərin də bu məsələyə tam ciddiliyi ilə yanaşmadıqlarını deyib. İqtisadi-siyasi baxımdan çıxılmaz vəziyyətdə olan Ermənistan hakimiyyəti diqqəti bu problemlərdən və daxili siyasi gərginlikdən yayındırmaq üçün cəbhədə müxtəlif təxribatlara əl atır. Azərbaycan ordusu bu təxribatların qarşısını alaraq düşmənə misli ilə cavab verir. Cəbhədə gərginliyin artdığı bir dövrdə Ermənistan siyasi hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələrinin bölgədə yerləşdirilməsi ilə bağlı məsələni gündəmə gətirir.

“Hər dəfə sərhəddə atəşkəs pozulanda, İrəvan öz hərbi müttəfiqi olan Moskvanın reaksiyanı gözləyir. Amma son illərdə bu reaksiyanı eşidən-bilən yoxdur. Ya da ən yaxşı halda çox ehtiyatlı sözlər işlədilir ki, birdən Bakı inciyər”

Rəsmi İrəvan KTMT-nin bu münaqişədə Ermənistana lazımi səviyyədə dəstək vermədiyini iddia edir. Rusiyalı hərbi ekspert Pavel Felqenhauer “Azadlıq” radiosunun erməni xidmətinə dəyərləndirməsində qeyd edib ki, cəbhə xəttində vəziyyətin gərginləşməsinin irimiqyaslı müharibəyə çevrilməsi üçün bir sıra şərtlər olmalıdır. Ekspertə görə, indiki vəziyyətdə nə Azərbaycan, nə də Ermənistan sülhməramlıların bölgədə yerləşdirilməsinə o qədər də həvəsli deyil: “Anlamaq lazımdır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan üçün yaradılmayıb, təşkilat Mərkəzi Asiya üçündür və Putin də Düşənbədə məhz bunu nəzərdə tuturdu. O, Mərkəzi Asiya ölkələrindəki “İŞİD”-çiləri hədələyərək bu ölkələrin Moskvaya arxayın ola biləcəklərini deyirdi. Ermənistan bu maraqların dairəsinə daxil deyil. Doğrudur, Ermənistan Rusiyanın müttəfiqidir və Kreml praktikada bir dəfə də olsun göstərməsə də, hər halda onların təhlükəsizliyinə təminat verib.

“Anlamaq lazımdır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan üçün yaradılmayıb”

Qarabağ münaqişəsinin ağır nəticələri o halda ola bilər ki, Türkiyə münaqişəyə qarışsın. Hər dəfə sərhəddə atəşkəs pozulanda, İrəvan öz hərbi müttəfiqi olan Moskvanın reaksiyanı gözləyir. Amma son illərdə bu reaksiyanı eşidən-bilən yoxdur. Ya da ən yaxşı halda çox ehtiyatlı sözlər işlədilir ki, birdən Bakı inciyər. Bu gün Azərbaycan Rusiya üçün regionda Ermənistandan daha vacib tərəfdaşdır. Rusiyanın Azərbaycanda ciddi maraqları var, silah satışı ciddi gəlir gətirir, hələ mən Azərbaycanın enerji resursları sahəsindəki siyasətinin Moskva üçün nə qədər vacib olduğunu demirəm. Deməli, təhlükəsizliyə təminatla bağlı Ermənistana verilən Rusiya təminatı sadəcə Türkiyəyə aiddir. Yəni, Rusiya Ermənistana hərbi yardımı, sadəcə, Türkiyə müdaxiləsi zamanı göstərə bilər”. Ekspert qeyd edib ki, bu gün dünyada o qədər münaqişələr var ki, Qarabağ münaqişəsi sanki unudulub: “Beynəlxalq ictimaiyyətin münaqişəni diqqətsiz qoyması irimiqyaslı müharibənin başlamasına səbəb ola bilər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
4 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
5 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info