Azərbaycanın avtomobil yollarında daha bir yenilik
Tarix: 02.10.2015 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yol təsərrüfatında daha bir yeniliyə imza atılıb. Asfalt-beton örtüyünün ömrünün uzadılması məqsədilə yolun hərəkət hissəsinə xüsusi maddənin çəkilməsinə başlanılıb. Sözügedən işlərə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası sərhədi avtomobil yolunun 14-cü kilometrliyindən Qobustan qəsəbəsi istiqamətində doğru start verilib.
İlkin etapda 800 min kvadrat metr sahənin, təqribi olaraq yolun Qobustan qəsəbəsinə qədər olan 60-65 kilometrlik hissəsinin asfalt-beton örtüyünün üzərinə 3-4 millimetr qalınlığında “E-Krete polimer kompozit” adlı maddənin çəkilməsi planlaşdırılır. Bu səbəbdən də Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası sərhədi avtomobil yolunun 14-cü kilometrliyindən Qobustan qəsəbəsinə qədər olan ərazidə işlər bitənə qədər hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Qeyd edək ki, asfalt örtüyündə müxtəlif səbəblərdən əmələ gələn xırda çatlar avtomobil yollarının ömrünü qısaldır və bir müddətdən sonra dağılmasına səbəb olur. Dünyanın bir sıra dövlətlərində bitumla emal olmuş örtüklərin vaxtından əvvəl qocalaraq (oksidləşərək) çatlamasının qarşısını almaq yolları araşdırılır. Bu sahədə Amerika Birləşmiş Ştatlarının “Polycon” firması tərəfindən “E-Krete” adlanan maddə istehsal edilib. Maddənin tərkibi şirkət tərəfindən gizli saxlanılır. Təqribi olaraq maddənin tərkibində sement, qum, kiçik ölçüdə qırmadaş və xüsusi maddə var.
“E-Krete” maddəsi vurulmamışdan öncə yolun səthi hava kompressoru ilə tam təmizlənir. Əgər yolun səthində hər hansı yağ, benzin və digər yağ əsaslı ləkələr varsa yuyulub təmizlənir. Havanın temperaturu +15C-dən yuxarı, +40C-dən aşağı, həmçinin yolun səthi tam quru olduqda “E-Krete” maddəsi xüsusi maşınla asfalt səthinin üzərinə yayılır, hamarlanır və nəqliyyat vasitələrinin tormozlanma zamanı sürüşməsinin qarşısını almaq üçün xüsusi quraşdırılmış fırça ilə səthin üzərində kələ-kötürlük əldə edilir. Hazır səth təqribən 4-5 saat ərzində hərəkətə açıla bilər.
İstehsalçının dediyinə görə, üzərinə “E-krete” yayılmış asfalt örtüyü ən azı 5-10 il ərzində heç bir istismar qulluğu tələb etmir. Asfalt beton örtüyündə oksidləşmədən əmələ gəlmiş çatları bağlayır və səthin üzərinə çıxmasının qarşısını alır. Yenə də istehsalçının sözlərinə görə, şaxtaya və istiyə davamlıdır.
“E-krete”-ə müxtəlif rəngləyici maddə qatılaraq praktiki olaraq hər rəngdə əldə oluna bilər. Bu səbəbdən də onunla hərəkət zolaqlarına təyinatı üzrə müxtəlif rənglər vermək, səthin üzərinə istənilən işarələr qeyd etmək və hətta yol işarələmə işlərini yerinə yetirmək olar.
Bu materialdan indiyə qədər ABŞ, Kanada, Sinqapur və sair dövlətlərdə istifadə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Prezident İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb
14.10.2019
Səkkiz ayda Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb
14.10.2019
“Azərbaycan nemətləri“ brendinin tanıtımı ilə bağlı memorandum imzalanıb
14.10.2019
Qablaşdırılmış aqrar məhsulları xarici bazara yeni marka ilə çıxarılacaq
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info