ADDIM-la “28 Cinema” kinoteatrlarda filmizləmə mədəniyyətini təbliğ edilər
Tarix: 02.10.2015 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


ADDIM Gənclər Təşkilatı və “28 Cinema”nın kinoteatrlarda filmizləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə həyata keçirilən “Cinemaya ADDIM-la” adlı layihəsi davam edir. Bu dəfə gənclərlə film izləməyə qonaq qismində müğənni İlhamə Qasımova olub. ADDIM-dan verilən xəbərə görə, layihə çərçivəsində müğənni gənclərlə bərabər türk rejissoru Canər Özyurtlunın "Yok artık" kinokomediyasını izləyiblər. Tədbirin əvvəlində ADDIM Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə çıxış edərək bu yaxınlarda 2 yaşını qeyd edən təşkilatın yeni layihələri barədə gənclərə məlumat verib. Daha sonra müğənni İlhamə Qasımova fikirlərini bölüşüb.
“Gənclərlə birlikdə film izləməyə yaradılan şəraitə görə təşəkkürümü bildirirəm. Baxmayaraq ki, mən tez-tez kinoteatrlara gəlirəm. Amma gənclərlə kinonümayiş, özü də bu film bambaşqa təəssüratlar yaratdı. Olduqca gülməli və maraqlı komediyadır", - deyə İlhamə Qasımova fikrini bildirib. Filmin nümayişindən sonra gənclər qonaqla fotolar çəkdiriblər.
Qeyd edək ki, “Cinemaya ADDIM-la” layihəsi çərçivəsində nümayiş olunan "Yok Artık" filmi məhşur türk aktrisası Canər Özyurtlunun rejissor qismində ilk filmidir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
“Variety“ jurnalı “Oskar“ mükafatına mümkün namizədləri açıqlayıb
12.11.2019
“Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
12.11.2019
Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
12.11.2019
“Dünyaya üç baxış”
12.11.2019
İmadəddin Nəsimi – 650: Nəsimi, muğamlarımız və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info