Məşhur fotoqraf Bakıda Fotoqrafiya Məktəbi açdı
Tarix: 02.10.2015 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Oktyabrın 1-də “Sapphire Plaza”da tanınmış gənc fotoqraf Rüfət Əliyevin maraqlı bir layihəsinin təqdimatı olub. Belə ki, Bakı Fotoqrafiya Məktəbi adıyla təqdim olunan bu layihə çərçivəsində yaradılan sözügedən fotoməktəb öz qapılarını Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, İsrail və Ukraynadan olan peşəkar və həvəskar dinləyicilər üçün açıb. Fotoməktəbin dinləyiciləri fotoqrafiyaya peşəkar marağı olanlar ola bilər. Layihə haqqında məlumat verən Rüfət Əliyev deyib ki, o fotoqrafiya sənətinin sirrlərini gənc fotoqraflarla bölüşmək niyyətindədir: “Biz məktəbə 30 dinləyici qəbul etmişik. Onlar abituriyent, tələbə, məktəbli yox, fotoqrafiyanı elmi baxımdan öyrənmək istəyən isanlardırlar”. Bakı Fotoqrafiya Məktəbinin yaradıcısı, Britaniya Kral Cəmiyyətinin və Rusiya Milli Qvardiyasının üzvü olan Rüfət Əliyev bu işə marağı və həvəsi olan ilk belə gənclərin bir neçə ilə də tədbir zamanı söhbətlər aparıb. Həmçinin o çıxışında bildirib ki, dinləyicilər master-klasslarda iştirak edəcək, məşhur fotoqraflardan bu sənətin sirlərini öyrənəcək, kinoya fotorejissorun gözü ilə baxmağı öyrənəcək, fotolayihələr düşünəcək və onu reallaşdıracaq, fotosərgilərdə də iştirak edəcək. Rüfət Əliyev bildirib ki, akademiyada təlim müddəti 3 aydır ki, bu da 100 dərs saatından çoxdur. Yekun attestasiyadan keçdikdən sonra dinləyicilərə diplom və Britaniya Kral Fotoqrafiya Cəmiyyətinə üzvlük vəsiqəsi də təqdim ediləcək.
Qeyd edək ki, tədris pulludur. Master-klaslara fotoqraf Rüfət Əliyev özü rəhbərlik edəcək. Kinorejissor və prodüsser sahəsində ustad dərslərini Riqadan olan kinorejissor Rizvan Məmmədov, reportaj və sənədli çəkiliş sahəsindəki dərsləri Azərbaycan fotojurnalistikasının metri Fərid Xayrullin aparacaq. Dinləyicilər həmçinin Azərbaycanın tarixi məkanlarını ziyarət edəcəklər. Yekunda Bakı Fotoqrafiya Məktəbi İniciative Curators Union(İCU) ilə birlikdə yekun fotosərgi təşkil edəcək.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
16.11.2019
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub
15.11.2019
Azərbaycanlı qonaqlar Özbəkistanda İçən-Qala dövlət qoruğunu ziyarət ediblər
15.11.2019
“CinemaPlus”da “Ford Ferrariyə qarşı”: VİDEO
14.11.2019
Musiqili Teatrda “Paris Notr-Dama ithaf” tamaşası təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info