Bəzi avtomobil yollarının adlarında dəyişikliklər olunub
Tarix: 05.10.2015 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti Azərbaycanda bir sıra avtomobil yollarının adlarında dəyişikliklər olunması barədə qərar verib. Dövlət qurumundan verilən məlumata görə, Baş nazir Artur Rasi-Zadənin imzaladığı qərara əsasən, Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nda dəyişikliklər edilib.
İmzalanan qərara görə, “Ağcabədi rayonu” bölməsinin “Yolun adı” sütununun 15-ci hissəsində “Qiyamadınlı” sözü “Yuxarı Qiyaməddinli”, “Astara rayonu” bölməsinin “Yolun adı” sütununun 2-ci hissəsində “Telman” sözü “Çayoba”, “Cəlilabad rayonu” bölməsinin “Yolun adı” sütununun 1-ci hissəsində “Təzəkənd” sözü “Çəmənli”, 22-ci hissəsində “Kövüzbulaq” sözü “Soyuqbulaq”, “Gədəbəy rayonu” bölməsinin “Yolun adı” sütununun 12-ci hissəsində “Yenikənd” sözü “Qızılqaya”, 29-cu hissəsində “Arabaçı” sözü “Çiçəkli” sözü ilə əvəz edilib.
Qərara əsasən, həmçinin “Göyçay rayonu” bölməsinin “Yolun adı” sütununun 15-ci və 19-cu hissələrində “Cəyirli” sözü “Şıxlar”, “İsmayıllı rayonu” bölməsinin “Yolun adı” sütununun 36-cı hissəsində “Cülyan” sözü “Yuxarı Cülyan”, “Kürdəmir rayonu” bölməsinin “Yolun adı” sütununun 44-cü hissəsində “Qarabucaq” sözü “Axtaçı Qarabucaq”, “Laçın rayonu” bölməsinin “Yolun adı” sütununun 1-ci hissəsində “Ağbulaq” sözü “Sarıbaba”, “Tərtər rayonu” bölməsinin “Yolun adı” sütununun 10-cu hissəsində “Təzəkənd” sözü “Ağkənd” sözü ilə, 16-cı hissəsində “Qapanlı” sözü “Alışarlı” sözü ilə, 18-ci hissəsində “Sarıcalı” sözü “Yuxarlı Sarıcalı” sözləri ilə, 19-cu hissəsində “Qaradağlı” sözü “Yuxarı Qaradağlı”, “Ucar rayonu” bölməsinin “Yolun adı” sütununun 6-cı hissəsində “Çiyni” sözü “Yuxarı Çiyni”, “Zaqatala rayonu” bölməsinin “Yolun adı” sütununun 22-ci və 23-cü hissələrində “Əli Bayramlı” sözləri “Dağlı” sözü ilə, 25-ci hissəsində “Dombabinə” sözü “Üçüncü Tala” sözləri ilə əvəz olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib
20.06.2019
“Organic Food Festival 2019”da mikro və kiçik sahibkarların məhsul və xidmətləri təqdim olunacaq
20.06.2019
Azərbaycanda 150-dən çox Ukrayna kapitallı şirkət fəaliyyət göstərir
20.06.2019
İqtisadiyyat naziri və müavinləri vətəndaşları qəbul edəcəklər
20.06.2019
Göygöldə 29 sahibkara 781 min manat güzəştli kredit verilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info