ABŞ mətbuatı: “Ermənistanın təcavüzkar dövlət olması şübhə doğurmayan faktdır”
Tarix: 05.10.2015 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


“Rusiya və Ermənistan üçün beynəlxalq hüquq mənasız anlayışdır”.

Bu barədə ABŞ-ın nüfuzlu “The Washington Times” qəzetində dərc olunan “Dağlıq Qarabağ hadisələrinə yenidən baxış” sərlövhəli yazıda bildirilir.
Yazının müəllifi Aleksandr Murinson Dağlıq Qarabağ hadisələrinin qısa xronikasını verərək erməni tərəfinin işğalı Dağlıq Qarabağdan kənar ərazilərə - Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Laçına yaydıqlarını bildirib. O, Beynəlxalq Böhran Qrupunun hesabatlarına əsasən münaqişə nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın-köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb: “Ermənistanın təcavüzkar dövlət olması şübhə doğurmayan faktdır. Ermənistan bu gün beynəlxalq hüquqla Azərbaycanın suveren ərazisi sayılan torpaqların qeyri-qanuni işğalını davam etdirir. Kapitol Hilldə olan çoxsaylı ermənipərəst qüvvələr bunun əksini iddia etməyə çalışsalar da, BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələyə həqiqi qiymət verir və faktları təbliğatdan ayırır”.
Yazıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələr, eləcə də “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı xüsusi qeyd edilib: “Ən əsası, məhkəmə qərarı Ermənistanın Dağlıq Qarabağ və 7 ətraf rayon üzərində effektiv hakimiyyəti və yurisdiksiyasının olmadığı barədə Ermənistan hökumətinin etirazlarını əsassız sayıb. Ermənistana görə, Dağlıq Qarabağ suveren dövlətdir. Avropa İnsan Haqları Məhkəməsinin məsələ ilə bağlı yekun qərarı isə belədir: Ermənistan hazırda Dağlıq Qarabağ və ətraf ərazilərdə effektiv nəzarət həyat keçirir”.
A. Murinsonun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan münaqişənin Avropa İnsan Haqları Məhkəməsi çərçivəsində və ya onun vasitəçiliyi ilə deyil, ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu çərçivəsində aparıldığını deyərək məhkəmənin qərarını ciddiyə almadığını göstərib: “Azərbaycanın qaydalara əməl etməsinə, məhkəmədə şikayətlərinin təmin olunmasına, ədalətli sülhə çalışmasına baxmayaraq, Ermənistan qanunlara məhəl qoymur, beynəlxalq institutlar, məhkəmələr və qanunun aliliyini görməzdən gəlir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
İtaliya Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib
18.10.2018
Azərbaycanın müdafiə naziri çexiyalı həmkarı ilə görüşüb
17.10.2018
“OSA” zenit-raket komplekslərindən döyüş atışları yerinə yetirilib
17.10.2018
Senatorlar ABŞ-da yaşayan azərbaycanlıları təbrik ediblər
17.10.2018
Senatorlar Temmi Dakuort və Riçard Durbin ABŞ-da yaşayan azərbaycanlıları təbrik ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info