Beynəlxalq uşaq muğam festivalı keçiriləcək
Tarix: 05.10.2015 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


“Kainat" Gənclik Mərkəzi artıq bir neçə ildir ki, respublikamızın mədəni həyatında özünə yer tutmuş layihə - Beynəlxalq Uşaq Muğam Festivalı keçirir. Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə bu il 7-ci dəfə gerçəkləşəcək festivalın baş sponsoru “PAŞA Bank”dır.
Oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan da daxil olmaqla 8 ölkə (İran, İraq, Misir, Özbəkistan, Tacikistan, Qazaxıstan, Türkiyə) təmsilçilərinin iştirakı ilə qaliblərin yekun konserti və mükafatlandırılması mərasimi keçiriləcək. Hər bir ölkəni iştirakçı ilə yanaşı, bir mütəxəssis də təmsil edəcək, o eyni zamanda beynəlmiləl tərkibli münsiflər heyətinin üzvü olacaq. Gənc muğam ifaçılarının çıxışları Xalq artisti, professor Ağasəlim Abdullayevin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Bütün ifaçılar iştirakına görə diplomlar və hədiyyələrlə mükafatlandırılacaqlar. Fərqlənənlər üçün bir baş mükafat - Qran-pri, bir 1-ci, iki 2-ci və iki 3-cü yerlər, habelə 5 həvəsləndirici mükafat və xüsusi mükafatlar nəzərdə tutulub. Festivala hazırlıq işləri yekunlaşmaq üzrədir. Respublika üzrə seçim turları yerli gənclər və idman idarələrinin, mədəniyyət və turizm şöbələrinin iştirakı, İctimai Televiziyanın dəstəyi nəticəsində uğurla başa çatıb. Qeyd edək ki, Bakı, Abşeron və Sumqayıt üzrə seçim turu sentyabrın 26-da V.Mustafazadə adına 2 nömrəli incəsənət məktəbində keçirilib.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
“Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info