Mənsum İbrahimovun 55 illik yubileyi Ağdamda qeyd olunub
Tarix: 05.10.2015 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində tanınmış xanəndə, Xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimovun 55 illik yubileyi qeyd edilib.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək, Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafında Qarabağ muğam məktəbinin nümayəndələrinin rolundan, Xalq artisti Mənsum İbrahimovun həyat və yaradıcılığından, onun yaratdığı ölməz obrazlardan, Azərbaycan muğamının inkişafı, tədrisi və təbliği istiqamətində göstərdiyi xidmətlərdən danışıb. Bildirilib ki, M.İbrahimovun fəaliyyəti ölkə rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilib və 1998-ci ildə o, Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Tədbirdə çıxış edən Mənsum İbrahimov bütün iştirakçılara minnətdarlığını bildirib, növbəti belə tədbirləri işğaldan azad olunmuş torpaqlarımızda qeyd etməyi arzulayıb. Yubiley tədbirində Xalq artistləri Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova, Əməkdar artistlər Təyyar Bayramov, Cabir Abdullayev, Səbuhi İbayev, Sevinc Sarıyeva, gənc xanəndə Elşad Aydınoğlu və gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) ifasında muğam, təsnif və xalq mahnıları səsləndirilib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
“Variety“ jurnalı “Oskar“ mükafatına mümkün namizədləri açıqlayıb
12.11.2019
“Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
12.11.2019
Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
12.11.2019
“Dünyaya üç baxış”
12.11.2019
İmadəddin Nəsimi – 650: Nəsimi, muğamlarımız və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info