Üzeyir Hacıbəyli və Müslim Maqomayevə həsr edilən elmi konfrans
Tarix: 07.10.2015 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Konservatoriyasında Üzeyir Hacıbəyli və Müslim Maqomayevin anadan olmasının 130 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Konfransda bir sıra mədəniyyət və incəsənət xadimləri, o cümlədən professor-müəllim heyəti iştirak ediblər. Konfransda əvvəlcə Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynovanın məruzəsi dinlənilib.
O, Üzeyir Hacıbəyli və Müslim Maqomayevin Azərbaycan musiqi mədəniyyətindəki xidmətlərindən bəhs edib. Konfransda Milli Konservatoriyanın tələbələrinin “Üzeyir Hacıbəyli musiqisində üslub xüsusiyyətləri”, “Üzeyir Hacıbəylinin “Azərbaycan türklərinin musiqi haqqında” məqaləsinin tarixi əhəmiyyəti”, “ Üzeyir Hacıbəyli xanəndə sənəti haqqında” mövzularında məruzələri dinlənilib. Tədbirdə konservatoriyanın bir sıra ifaçı müəllim və tələbələrinin repertuarında Üzeyir Hacıbəylinin musiqi əsərlərindən ibarət kompozisiyalarla yanaş, “Leyli və Məcnun” operasından bir neçə səhnə təqdim olunub. Sonda Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək konservatoriyada bu kimi tədbirlərin davamlı olaraq təşkilini bildirib.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info