Daha bir küçənin təmirinə başlanıldı
Tarix: 07.10.2015 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən daha bir küçədə təmir-tikinti işlərinə start verilib. Söhbət uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Nizami rayonu Mikayıl Əliyev küçəsindən gedir.
Mikayıl Əliyev küçəsinin təmir olunan hissəsi Mehdi Abbasov küçəsi ilə Rüstəm Rüstəmov küçəsi arasında yerləşir. Təmir-tikinti işlərinin aparıldığı hissənin uzunluğu 1375 metr, eni isə 26,5 metrdir. Burda təmir işləri kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Kompleks halında aparılan təmir-tikinti işləri gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.
Hazırda Mikayıl Əliyev küçəsində yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir. Bunun üçün köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınır. Ümumilikdə küçənin 36500 kvadrat metr sahəsinin asfaltlanması nəzərdə tutulub.
Buna paralel olaraq köhnə səki daşlarının yenisi ilə əvəzlənməsi, zəruri olan yerlərə səki daşlarının düzülməsi prosesi də həyata keçirilir. Küçə boyu 1700 paqon metr yeni səki daşının düzülməsi planlaşdırılır.
Təmir-tikinti işləri çərçivəsində küçə boyu piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə 1,5 metr enində yeni səki salınacaq, yolun işıqlandırılması üçün hər iki tərəfdə yeni və müasir işıq dirəkləri quraşdırılacaq. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək, zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalızasiya sistemi yaradılacaq, yeni yağış barmaqlıqlar qoyulacaq.
Mikayıl Əliyev küçəsində təmir-tikinti işləri tərtib olunmuş qrafikə əsasən şəxsən Nəqliyyat naziri və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatçılığı görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir.
Tural




 
Bölməyə aid digər xəbərlər
08.08.2020
Azərbaycan iyulda gündəlik 554,1 min barrel xam neft hasil edib
07.08.2020
Yeddi ayda birja üzvlərinin dövriyyəsinə “PAŞA Kapital” başçılıq edib
06.08.2020
Azərbaycan istehsalı olan ikinci tanker inşasının növbəti mərhələsi üçün suya salınıb - VİDEO
06.08.2020
Yeni proqram çərçivəsində banklar tərəfindən 12,5 milyon manatdan çox kreditlər ayrılıb
06.08.2020
Tovuzda tütün qurutma müəssisəsi fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
2 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
3 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
4 İspaniyaya turist axını 70 faizdən çox azalıb
5 Finlandiyanın Baş Naziri futbolçuya ərə getdi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info