Seyid Əzim Şirvaninin ədəbi-bədii irsi daha dərindən öyrənilməlidir
Tarix: 08.10.2015 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


İsmayıllıda zəngin bədii irsi ilə Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan Seyid Əzim Şirvaninin anadan olmasının 180 illiyinə həsr olunan təntənəli yığıncaq keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mədəniyyət və turizm mərkəzində keçirilən tədbirdə rayon rəhbərləri, ziyalılar, ictimaiyyətin çoxsaylı nümayəndələri, habelə şirvanisevərlər iştirak ediblər.
Tədbirin iştirakçıları əvvəlcə foyedə S.Ə.Şirvaninin həyat və yaradıcılığına həsr olunan kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxıblar. Yubiley mərasimində AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev şairin həyat və fəaliyyəti, yaradıcılığı barədə ətraflı danışıb. S.Qəniyev S.Ə.Şirvani ocağının doğmaları - oğul, nəvə, nəticə, kötükcə, eləcə də şairin əqidə dostları haqqında uzun illər ərzində arxiv və doğmalarının yaddaşından əldə etdiyi tədqiqatlar barədə maraqlı məlumatlar verib. Sonra isə S.Qəniyev “Seyid Əzim Şirvani ocağı” adlı monoqrafiyasını təqdim edib. Mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov şairin yaradıcılığından bəhs edərək, onun maarifçilik ovqatında yazdığı əxlaqi-didaktik şeirlərinin gənc nəslin vətənpərvərlik və qəhrəmanlıq ruhunda tərbiyəsində həmişə olduğu kimi, bu gün də faydalı təsirindən danışıb. Vurğulanıb ki, klassik Azərbaycan şairi Seyid Əzim Şirvaninin ədəbi-bədii irsi müstəqil Azərbaycanda çağdaş dövrün tələbləri baxımından daha dərindən araşdırılmağa və öyrənilməyə layiqdir. Yubiley tədbirində mədəniyyət mərkəzinin əməkdaşları tərəfindən şairin yaradıcılığından səhnələşdirilən və iştirakçılar tərəfindən maraqla qarşılanan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
“Variety“ jurnalı “Oskar“ mükafatına mümkün namizədləri açıqlayıb
12.11.2019
“Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
12.11.2019
Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
12.11.2019
“Dünyaya üç baxış”
12.11.2019
İmadəddin Nəsimi – 650: Nəsimi, muğamlarımız və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info