Nizami Kino Mərkəzində yeni filmlər
Tarix: 09.10.2015 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Dünəndən etibarən Nizami Kino Mərkəzində “Pen: Netlandiyaya səyahət” və “Marslı” filmlərinin nümayişinə başlanılıb.
Nizami Kino Mərkəzindən bildirilib ki, “Pen: Netlandiyaya səyahət” filmi Avstraliya, ABŞ və Böyük Britaniya kinematoqrafçılarının istehsalıdır. Fantaziya və macəra janrında olan filmin rejissoru Co Rayt, ssenari müəllifi Ceyson Fuksdur. Film sehrli Netlandiyada təhlükəli macəralarla qarşılaşan ata-anasız birindən bəhs edir. Çətinliklərlə qarşılaşdıqda başa düşür ki, onun taleyi qəhrəmanlıq edib həmişəlik yaddaşlarda Piter Pen adı ilə qalmaqdır. Filmdə baş rollara Xyu Cekman, Levi Miller, Qarret Xedlund, Runi Mara, Adil Axtar, Nonso Anozi və başqaları çəkilib. Rejissor Ridli Skottun, Dryu Qoddardın ssenarisi əsasında çəkdiyi "Marslı" filmi fantastika və macəra janrındadır. "Ares -3" mars missiyasını yerinə yetirərkən iş əsnasında yaranmış təhlükəyə görə planeti tərk etməyə məcbur qalır. Filmdə rollara Mett Deymon, Cesika Çesteyn, Kristen Uiq, Ceff Daniels, Maykl Penya, Şon Bin, Keyt Mara, Sebastyan Sten, Aksel Henni, Çivetel Eciofor və başqaları çəkilib.







 
Bölməyə aid digər xəbərlər
13.11.2019
“Variety“ jurnalı “Oskar“ mükafatına mümkün namizədləri açıqlayıb
12.11.2019
“Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
12.11.2019
Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
12.11.2019
“Dünyaya üç baxış”
12.11.2019
İmadəddin Nəsimi – 650: Nəsimi, muğamlarımız və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info