FİFA və UEFA prezidentləri vəzifələrindən uzaqlaşdırıldı
Tarix: 09.10.2015 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Blatter:“2016-cı il fevralın 26-da, yəni növbəti seçkilər günündə tutduğum vəzifədən gedəcəyəm. Həmin vaxtdan bir gün də tez gedən deyiləm”

Platini: “İnformasiyanın sızdırılması mənim imicimi ləkələmək üçün atılmış təhlükəli və qəbulolunmaz addımdır”

FİFA-nın etika komitəsi korrupsiya və rüşvət qalmaqalları ilə əlaqədar barəsində təhqiqat aparılan bu qurumun prezidenti Yozef Blatterə cəza verilməsinə dair qərar qəbul edib.
Qərara əsasən, Blatterin 1998-ci ildən etibarən icra etdiyi prezidentlik səlahiyyəti 90 gün ərzində ondan alınıb. FİFA etika komitəsinin iclasında Blatterin bu vəzifəyə namizəd olan UEFA prezidenti Mişel Platiniyə 1,8 milyon avro ödəməsi xüsusilə diqqət mərkəzində saxlanılıb. Belə ki, M.Platininin 2002-ci ildə göstərdiyi xidmətin qarşılığı olaraq 9 il sonra pul aldığı etika komitəsi tərəfindən şübhəli bilinib. M.Platini vəsaitin gec ödənilməsinin həmin vaxt FİFA-nın ağır maliyyə vəziyyəti ilə əlaqədar olduğunu bildirsə də, bu, komitə üzvlərini inandırmaq üçün kifayət etməyib. Dünya futbolunda yaranmış korrupsiya qalmaqalı ilə əlaqədar UEFA prezidenti Mişel Platini vəzifəsindən 3 ay müddətinə kənarlaşdırılıb. Bu barədə FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası qərar qəbul edib. Hələ iki gün əvvəl korrupsiyada günahlandırılan, FİFA İcraiyyə Komitəsinin üzvü olan Platininin 90 günlük müddətinə vəzifəsindən kənarlaşdırılacağı haqda məlumat yayılmışdı. Xəbər özünü doğruldub və dünən Platiniyə kəsilən cəza rəsmi şəkildə açıqlanıb. Platininin UEFA-nın saytında yer alan açıqlamasında isə bildirilir ki, yayılan informasiya onun reputasiyasını ləkələmək üçün atılmış addımdı: “İnformasiyanın mənbəyi kimi FİFA göstərilir. Buna görə də, məsələ daha da ciddiləşir. Halbuki Etika Komitəsi qərarını hələ rəsmi şəkildə açıqlamayıb. Buna baxmayaraq, məlumatı sızdırıblar. İnformasiyanın sızdırılması mənim imicimi ləkələmək üçün atılmış təhlükəli və qəbulolunmaz addımdı. Əgər yayılan xəbərlər düzdüsə, əsl həqiqəti aşkara çıxarmaq üçün məni heç nə dayandıra bilməz. Eyni zamanda, FİFA-nın Etika Komitəsinin bu araşdırmanı hansı səbəbdən apardığı açıqlanmalıdır”. FİFA-nın prezidenti postuna namizəd cənubi koreyalı Çon Mondjun isə 6 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb. Bundan əlavə, ona 100 min İsveçrə frankı məbləğində cərimə kəsilib. Qeyd edək ki, cəzalanan Platini FİFA prezidentliyi vəzifəsinə namizəd ola bilməyəcək. Çünki FİFA prezidentliyinə namizədliyin rəsmi olaraq qeydə alınması üçün müəyyən edilən müddət oktyabrın 26-da başa çatır. FİFA prezidenti Josef Blatter vəzifəsindən 90 günlük uzaqlaşdırılmasına münasibət bildirib. Almaniyanın “Bunte” nəşrinə müsahibəsində ona ünvanlanan tənqidlərə cavab verən Blatter vəzifəsindən gedəcəyi tarixi də açıqlayıb: “Hər tərəfdən tənqid atəşinə tutuluram. Ancaq FİFA hazırda yaxşı fəaliyyət göstərir. Mən 2016-cı il fevralın 26-da, yəni növbəti seçkilər günündə tutduğum vəzifədən gedəcəyəm. Həmin vaxtdan bir gün də tez gedən deyiləm. Əminəm ki, təntənə ilə yola salınacağam”.




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Futbol üzrə İtaliya və İspaniya çempionatlarında növbəti oyunlar keçirilib
20.04.2019
“Yuventus“dan ardıcıl 8-ci çempionluq
20.04.2019
Azərbaycan komandası qrup hərəkətlərində AGF Junior Trophy beynəlxalq turnirinin finalına yüksəlib
20.04.2019
Azərbaycan şahmatçısı İspaniyada keçirilən beynəlxalq turnirdə birinci yerə yüksəlib
20.04.2019
Moskvada uşu üzrə Avropa çempionatı keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info