“Azərbaycan 2020-ci ilədək Avropa İttifaqının əsas qaz təchizatçısı ola bilər”
Tarix: 09.10.2015 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


“Azərbaycan 2020-ci ilədək Avropa İttifaqının əsas qaz təchizatçısı ola bilər”. Bu sözləri Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç Parisdə keçirilən konfransda deyib. M.Şevçoviç qeyd edib ki, 2020-ci ildə Avropanı qazla təmin edəcək əsas layihələr Azərbaycandan Avropa İttifaqına çəkiləcək “Cənub” qaz dəhlizi və Aralıq dənizi sahillərində yaradılacaq qaz mərkəzləridir.
O, 2030-cu ildə Avropa İttifaqına ildə 380-450 milyard kubmetr təbii qaz lazım olacağının proqnozlaşdırıldığını bildirib.
Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəməri – TANAP uzunluğu təxminən 1850 kilometrdir. Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) qoşulacaq TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşulmaqla Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.02.2020
Yaqub Mahmudovdan Paşinyana sərt cavab - VİDEO
24.02.2020
“AzerGold” son üç ildə qızıl və gümüş satışından 400 milyon manat cəlb edib
24.02.2020
Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başladı
24.02.2020
“Tam gücümüzlə çalışaraq maksimal nailiyyətlər əldə etmişik”
24.02.2020
AMB dövriyyəyə qızıl yubiley və xatirə pul nişanları buraxıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info