Azərbaycanın ATƏT-dəki nümayəndəliyindən bəyanat
Tarix: 09.10.2015 | Saat: 12:49:00 | E-mail | Çapa göndər
Azərbaycanın Respublikasının ATƏT yanında daimi nümayəndəliyi Daimi Şuranın 8 oktyabr 2015-ci ildə keçirilən 1070-ci iclasında “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mandatının pozulması” ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Azərbaycan ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qurumun direktorunun mandatına uyğun olmayan şəkildə, məsləhətləşmələr aparmadan 1 noyabr tarixində Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdən imtinası ilə bağlı əlaqədar tədbir görülməsini Daimi Şuradan xahiş edib:
“Şuranın sonuncu iclasında Azərbaycan tərəfi ATƏT DTİHB direktorunun qərarından sonra yaranan arzuolunmaz vəziyyətlə bağlı məlumat verib və ATƏT-in Serbiya rəhbərliyinə prosesin asanlaşdırması üçün müraciət edərək bununla bağlı "ad hok" qrupun (hər hansı konkret məsələnin həlli üçün yaradılan qrup) yaradılmasını təklif edib. Bu görüşdə bir çox üzv dövlətlər məsələ ilə bağlı narahatlıqlarını ifadə edib, həmçinin, dialoq və məsləhətləşmələr vasitəsilə vəziyyətdən çıxış yolunun tapılmasına ehtiyac olduğunu vurğulayıblar.”
Bəyanatda qeyd edilir ki, Daimi Şuranın iclasından sonra fəaliyyətdə olan sədr Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi 25 sentyabr tarixli məktubunda məsələ ilə tanış olduğunu və bununla məşğul olacağını bildirib. Fəaliyyətdə olan sədr, həmçinin, məsələnin bütün təşkilatın marağında olduğunu vurğulayıb. Həmin gün Azərbaycan tərəfinin cavab məktubunda Bakının konstruktiv məsləhətləşmələrə hazır olduğu və DTİHB-nin mandatına uyğun fəaliyyətin həyata keçirilməsi ilə bağlı razılıq ifadə edilib:
“Şuranın son iclasından bəri irəliyə doğru addım atılmaması təəssüf doğurur. ATƏT institutunun mandatını pozması ATƏT-ə üzv dövlət kimi Azərbaycanın maraqlarına zərər vurur və təşkilat daxilində inam və etimada da zərbə vurduğu üçün cavabsız qalmamalıdır. Ona görə də bu, bütün iştirakçı dövlətlərin marağında olmalıdır. Eləcə də DTİHB mandatını pozduğuna görə müvafiq tədbirlər görülməlidir. Məhz bu kontekstdə biz ATƏT Daimi Şurasına və sədrliyə müraciətimizi yeniləyir və "ad hok" qrupun yaradılması da daxil olmaqla, Azərbaycan tərəfinin narahatlıqlarına diqqət yetirməyə, təcili addımlar atmağa çağırırıq. Belə edilmədiyi təqdirdə, bu, ATƏT-in dialoq və əməkdaşlıq ruhuna zərər vuracaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2018
Vətənin ağ zülməti...
24.05.2018
İbrahimbəyovun əməlinin bir adı var-xalqa xəyanət
24.05.2018
“Xalqına xəyanət edəni nə cəmiyyət, nə də tarix əfv edir”
24.05.2018
AXC Parlamentində asılan Dövlət bayrağı hökumətə təqdim olunub
24.05.2018
Sona Vəliyeva: “Vaxtilə əsərləri ilə özünü tanıdan Rüstəm İbrahimbəyov bu gün özünə nifrət qazandırır”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9306

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info