İşlənmiş smartfonlarda onların əvvəlki sahiblərinin məlumatları qalır
Tarix: 10.10.2015 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


"Blancco Technology Group” və “Kroll Ontrack” şirkətlərinin keçirdiyi qlobal tədqiqatın nəticələrinə görə, “Amazon”, “eBay” və "Gazelle.com" internet mağazalarında satılan işlənmiş mobil qurğular, sərt disklər və bərkcisimli toplayıcılarda onların əvvəlki sahiblərinin fərdi məlumatlarının bir qismi qalır.
Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytında məlumat yer alıb. Bildirilir ki, tədqiqatçılar 122 işlənmiş avadanlığı təhlil edərək onların 48 faizində informasiyanın saxlanılmasını aşkar ediblər. Qurğuların 35 faizində elektron poçt ünvanı, zənglər, SMS və messencerlər haqqında məlumatlar, fotoşəkillər və videolar kimi fərdi məlumatlar olub. İnformasiyanın silinməsinə cəhdin göstərilməsi mobil qurğuların 57 faizində, sərt disklərin və toplayıcıların 75 faizində müəyyən edilib. Bununla belə, bu cəhdlər etibarsız silinmə üsullarından istifadəyə görə uğursuz olub və məxfi məlumatlar qurğularda olduğu kimi qalıb. Ekspertlərin sözlərinə görə, iki smartfonda saxlanılan informasiya qalığı onlara əvvəlki qurğu sahiblərinin şəxsiyyətini müəyyənləşdirməyə kifayət edib. İstifadəçilər tərəfindən faylların silinməsi üzrə atılan əsas addımlar onlarda mühafizə ilə bağlı yanlış hislər yaradır. "SecurityLab” yazır ki, ekspertlər sərt disklərin və toplayıcıların 11 faizində məlumatların əsas üsullarla (silib səbətə göndərməklə) ləğv edilməsinə cəhdin göstərilməsini aşkarlayıblar. Onların 69 faizində sürətli formatlama - yayılmış, lakin informasiyanın etibarsız silinmə üsulu həyata keçirilib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Malayziyada çirkli hava şəraiti həyatı ifliç etdi
18.09.2019
“Şeytanın qidası” adlandırılan tərəvəz haqqında bilmədikləriniz
18.09.2019
Alimlәr әn böyük neytron ulduzu müәyyәn ediblәr
18.09.2019
Hindistanda elektron siqaret qadağan edildi
18.09.2019
Yerli uçan avtomobil Cezerinin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info