Bir fotoşəklin qiyməti: 478 min dollar!
Tarix: 10.10.2015 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


XX əsrin populyar fotoşəkillərindən biri - Robert Meppltorpun çəkdiyi “Poliesterdən kostyum geymiş kişi” fotosu Sotheby`s hərracında 478 min dollara satılıb. TASS informasiya agentliyi xəbər verir ki, bu məbləğ fotoşəklin ilkin qiymətindən, demək olar ki, iki dəfə çoxdur.
Sotheby`s satış evinin fotoqrafiya şöbəsinin rəhbəri Kristofer Maxouninin sözlərinə görə, fotoşəkil satışlarının keçirildiyi bir neçə gün ərzində əldə edilən vəsaitin ümumi həcmi 3,3 milyon dolları keçib. “Poliesterdən kostyum geymiş kişi” bu mövsümün ən bahalı lotu, Meppltorpun əsərləri içərisində isə bahalığına görə ikinci fotoşəkil olub. Məşhur amerikalı fotoqrafın ağ-qara fotoşəkli sonuncu dəfə 23 il bundan əvvəl satışa çıxarılmış və cəmi 9,9 min dollara satılmışdı. Beləliklə də, 23 il ərzində populyar fotoşəkil, demək olar ki, 50 dəfə bahalaşıb. Robert Meppltorp 1989-cu ildə 42 yaşında QİÇS-lə bağlı xəstəlik nəticəsində vəfat edib. Bundan sonra onun əsərləri kəskin olaraq bahalaşmağa başlayıb. Fotoqrafın ən bahalı fotoşəkli 2006-cı ildə 643,2 min dollara satılan Endi Uorholun portretidir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
27 dəqiqə ölən qadın o dünya haqqında danışdı
22.09.2019
Moskvadakı müsəlmanların sayı açıqlandı
22.09.2019
NATO-nun ilk azərbaycanlı qadın pilotu: Ləman Bozqurd kimdir?
22.09.2019
Qarşıdakı 20 ildə Çinə məxsus mülki təyyarələrin sayı 10 mini ötəcək
22.09.2019
Özbəkistanda inanılmaz toy və yas qadağaları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info