Marsda qurumuş göllər tapılıb
Tarix: 10.10.2015 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Milyardlarla il əvvəl Marsda böyük, sərin sulu göllər olub. ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimlərinin araşdırmalarının nəticəsi belədir.
Milli.Az” NASA-nın saytına istinadən bildirir ki, alimlər hazırda "Qırmızı planet"də olan "Curiosity" aparatından alınmış görüntüləri tədqiq edərək Marsda 3,8-3,3 milyard il əvvəl çaylar və göllər olduğunu deyiblər. Buna Marsdakı Şarp dağının ətəklərindəki çöküntü süxurlarındakı göl izləri də dəlalət edir. Aparılan təhlillər həmin bölgədəki süxurların ən uzağı 500 milyon il əvvəl formalaşmağa başladığını göstərib. "Görünür, Mars milyardlarla il əvvəl Yerə oxşayıb. İndi qarşımızda duran vəzifə Marsda indikindən daha mülayim iqlimin mövcudluq şərtlərini və suyun hara yoxa çıxdığını öyrənməkdir", - NASA-nın "Mars Exploration" proqramının elmi rəhbəri Maykl Meyer deyib. NASA sentyabrın 28-də bəyanatla çıxış edərək Marsda duzlu su izlərinin olduğu çay məcralarının tapıldığını bildirmişdi. Marsdakı çəkilişlər "Mars Reconnaissance Orbiter" (MRO) aparatındakı "High Resolution Imaging Science Experiment" (HiRISE) avadanlığı vasitəsilə aparılır.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Moskva sakini lotereyada 286 milyon rubl udub
15.09.2019
Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşanıb?
15.09.2019
MKİ SSRİ-ni izləmək üçün heyvanlardan da istifadə edib
15.09.2019
Qaçaqmalçılardan 800 yaşlı kitab aşkarlandı
14.09.2019
Dünyada hər il 26 milyon hektar meşə qırılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info