“Azərbaycanla münasibətlər Rusiyanın strateji maraqlarına cavab verir”
Tarix: 10.10.2015 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


"Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi ötən il tarixi maksimuma çatıb"
Moskvada Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının 15-ci iclası keçirilib. İclasa komissiyanın Azərbaycan tərəfdən həmsədri, Baş nazirin 1-ci müavini Yaqub Eyyubov və Rusiya tərəfdən həmsədri, Baş nazirin müavini Dmitri Roqozin sədrlik edib.
Azərbaycan nümayəndə heyətinə Dövlət Sərhəd Xidməti rəisinin müavini Fərhad Tağızadə, nəqliyyat nazirinin müavini Musa Pənahov, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev və digər şəxslər daxildir. Dmitri Roqozin iclasda deyib ki, “Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir. O, iclasın gündəliyində Rusiya-Azərbaycan əməkdaşlığı, enerji, sənaye, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı məsələlərin durduğunu deyib. O bildirib ki, iki ölkə siyasi, ticarət, mədəni və humanitar sahələrdə qarşılıqlı sərfəli əməkdaşlığı aktiv inkişaf etdirir: “Bu, bizim ölkələrin strateji maraqlarına cavab verir. 2014-cü ilin yekunlarına əsasən, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 12 faiz artaraq tarixi maksimuma çatıb. Ticarət dövriyyəsinin həcmi 4 milyard ABŞ dolları olub. Bu, MDB ölkələri arasında ticarət göstəricilərinin dinamikasına görə ən yaxşı nəticələrdən biridir”. Roqozinin sözlərinə görə, 2009-cu ildən indiyə kimi Rusiya ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi iki dəfədən çox artıb: "Azərbaycan MDB ölkələri arasında Belarus, Ukrayna və Qazaxıstandan sonra Rusiya ilə ticarət dövriyyəsinə görə 4-cü, Rusiya isə Azərbaycanla ticarət dövriyyəsində İtaliya və Almaniyadan sonra üçüncü yerdədir. Təəssüflər olsun ki, bu ilin 7 ayı ərzində obyektiv səbəblərdən ticarət dövriyyəsinin həcmi 23,2 faiz azalaraq 1,7 milyard dollar olub. Hesab edirəm ki, bu iclasda bu məsələni detallı müzakirə edəcəyik”. D.Roqozin onu da deyib ki, Rusiya ilə Azərbaycan arasında ticarətdə sənaye və kənd təsərrüfatı məhsulları əsas yeri tutur. Rusiyadan Azərbaycana daha çox sənaye və maşınqayırma məhsulları, Azərbaycandan Rusiyaya isə kənd təsərrüfatı məhsulları ixrac olunur. İkitərəfli münasibətlərdə energetika sahəsi vacib aspektdir. Rusiyanın neft kompaniyaları Azərbaycan bazarında uğurla fəaliyyət göstərir. Onlar bundan sonra da Azərbaycan tərəfi ilə qarşılıqlı fəaliyyətin dərinləşməsi və genişlənməsində maraqlıdırlar. Bu fəaliyyətin intensivləşməsi üçün biz yüksək səviyyədə ikitərəfli enerji qrupu yaratmışıq. Roqozin qeyd edib ki, Azərbaycanda 15 min tələbə rus dilində təhsil alır. Rusiyanın ali təhsil müəssisələrində isə 9 min azərbaycanlı tələbə oxuyur. Bu faktlar bir daşa ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsini göstərir. Rusiya iqtisadi inkişaf nazirinin müavini Aleksey Lixaçev bildirib ki, Azərbaycanda 600 Rusiya şirkəti, o cümlədən 100 faiz Rusiya kapitalı şirkətlər fəaliyyət göstərir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info