Yaponiyanın qrant yardımı ilə İsmayıllıda 13 layihə reallaşdırılıb
Tarix: 10.10.2015 | Saat: 01:21:00 | E-mail | Çapa göndər


Dünən İsmayıllı rayonunda Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində reallaşdırılacaq “İsmayıllının Kürdmaşı kəndində su təchizatı sisteminin inşası” layihəsi üzrə qrant müqaviləsi imzalanıb. İmzalama mərasimini Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq, Azərbaycan-Yaponiya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. Bildirilib ki, bu cür layihələr iki dövlət arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə böyük töhfədir.
İcra hakimiyyətinin başçısı İsmayıllı və Yaponiyanın İto şəhərinin qardaşlaşmış şəhərlər olduğunu, mütəmadi olaraq qarşılıqlı səfərlər edildiyini, bu səfərlərin xalqlarımızın adət-ənənələrinin, mədəniyyət və tarixinin öyrənilməsində xüsusi rolunu vurğulayıb. Yaponiya hökuməti “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində 2002-ci ildən bəri İsmayıllıda 13 layihə reallaşdırıb. Bu layihələr barədə iştirakçılara ətraflı məlumat verən icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev bildirib ki, bu gün imzalanacaq müqavilə ilə birlikdə bu layihələrin ümumi smeta dəyəri 1 milyon 258 min 600 ABŞ dollarıdır. Milli kəlağayı istehsalı, Ruşan kənd orta məktəbinin yenidən tikilməsi, Qalacıq kəndində xəstəxana üçün binanın inşası, İsmayıllı rayonunda tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi, iki kənddə uşaq bağçasının tikintisi və s. məhz bu cür layihələrdəndir. Səfir Tsuquo Takahaşi İsmayıllıda dəfələrlə olduğunu və bu yerlərə heyran qaldığını söyləyib. Qeyd edib ki, müvafiq proqram çərçivəsində həyata keçirilən layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, təhsil, səhiyyə ilə əlaqədar sahələri əhatə edir. Budəfəki layihə də Kürdmaşı kəndində su təchizatını yaxşılaşdırmaq məqsədi daşıyır.




 
Bölməyə aid digər xəbərlər
30.09.2020
Prezidentə yazırlar: “Ali Baş Komandan, sizə inanırıq, sizinlə birlikdəyik...”
30.09.2020
Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib: 1 S-300 sıradan çıxarılıb
30.09.2020
Müdafiə Nazirliyi: Düşmən qruplaşması mühasirəyə alınıb
29.09.2020
Prezident: Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan
29.09.2020
Azərbaycan Prezidenti: Türkiyə münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
4 Opera səhnəmizin “Nigar”ı
5 Xalqımızın halal haqqı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info