Ədalət prinsipi və şəffaflıq idmanda ən mühüm vəzifədir
Tarix: 10.10.2015 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


Dünən Bakıda Avropa “Fair Play” Hərəkatının və Beynəlxalq “Fair Play” Komitəsinin birgə konqresi işini davam etdirib. Avropa “Fair Play” Hərəkatının İcraiyyə Komitəsinin üzvü xanım Katarina Raczın sədrliyi ilə “Olimpiya və ədalətli oyun dəyərlərinin qorunmasında dövlətin və qeyri-hökumət idman təşkilatlarının əməkdaşlığı və məsuliyyəti” mövzusu müzakirə olunub.
Böyük Britaniyadan olan mütəxəssis Devid Hemeri çıxışında ədalətli oyunların təbliğində dəyərlərin vacibliyini xüsusi vurğulayaraq bu baxımdan idmançıların məsuliyyətinin uğurlu nəticələrin əldə olunmasında mühüm rol oynadığını bildirib. O, ədalətli oyunların təbliğində təhsil, biznes, hökumət və qeyri-hökumət sektorlarının təcrübələri barədə məlumat verib. Çıxışında idmanda uşaqların mühafizəsi məsələsinə toxunan britaniyalı digər xanım Enn Tiivas uşaqların hər cür zorakılıq hallarından qorunmasının dünya idmanının inkişafında, xüsusən ədalətli oyunların təbliğində əhəmiyyətini qeyd edib. Sonra konqresin Təşkilat Komitəsinin nümayəndəsi Səlhət Abbasovanın “İdman körpülər salır: bəs möhkəm körpüləri biz necə qururuq?” mövzusunda məruzəsi dinlənilib. Fasilədən sonra konqres işini “Korrupsiya, saxta və ümidsiz matçlara qarşı mübarizədə və idmançının “təmiz” saxlanılmasında ən yaxşı təcrübə” mövzusunda sessiya ilə davam etdirib. Avropa “Fair Play” Hərəkatının vitse-prezidenti Miroslav Serarın rəhbərlik etdiyi sessiyada sloveniyalı mütəxəssis Zoran Verovnik “İdman yarışlarının manipulyasiyası haqqında Avropa Şurası Konvensiyası”, professor Qəhrəman Məmmədyarov “İdmanda ədalətli oyun əldə edilməsinə səy göstərilməsi idealları” və Stefan Toun “Təmiz idmançı qoruya bilən mühitin yaradılması və idmanda dopinqin qarşısını almaq üçün “təmiz oyun” ideyasını təşviq edən, Avropa və Birləşmiş Krallıqda dəyərləndirilən qaydalara və təşəbbüslərə ümumi baxış” mövzularında məruzələrlə çıxış ediblər. Çıxışlardan sonra müzakirələr aparılıb. Müzakirələr qoşulan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan “Fair Play” Komissiyasının sədri Xəzər İsayev hazırda ədalət prinsipi və şəffaflığın artırılmasının idmanda ən ümdə vəzifə olduğunu diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Bu gün İğdırda Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
16.09.2019
Bu gün məktəblərdə ilk dərs günüdür
16.09.2019
Leyla Əliyeva Bakıda 7-ci arena polo üzrə dünya kubokunun final görüşünə baxıb
15.09.2019
Türkiyə “Kərkük-Ceyhan“ı sürətləndirmək istəyir
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info