Siyasi amillər “Türk axını” layihəsinə təsir etməyəcək
Tarix: 10.10.2015 | Saat: 01:28:00 | E-mail | Çapa göndər


“Siyasi amillər “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi ilə bağlı Rusiya və Türkiyə arasındakı hökumətlərarası sazişə təsir etməyəcək”.
Bu sözləri “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller deyib. O bildirib ki, artıq hökumətlərarası saziş üzrə işlərə başlanılıb. Layihənin həyata keçirilməsi üçün boru kəmərinin gücü və cədvəllərlə bağlı konkret detallar üzrə danışıqlar davam edir. Hər hansı bir faktorlar razılaşmanın mətni üzərindəki işlərə təsir etməyəcək. Qeyd edək ki, ötən günlərdə Rusiya təyyarələri Türkiyə hava məkanını pozmuşdu. “Qazprom” “Türk axını” qaz boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına qərar verib. Əvvəllər “Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Bu həcmin 47 milyard kubmetrinin Avropanın, 16 milyard kubmetrinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
ABŞ prezidenti Donald Trampdan İranla bağlı açıqlama
17.09.2019
“İki həftə içində ABŞ-la anlaşmasaq, planımızı tətbiq edəcəyik”
16.09.2019
“Həsən Ruhani və Donald Trump görüşü gündəmdə yoxdur“
16.09.2019
“Saudi Aramco“ya qarşı hücumda İraq ərazisindən istifadə edilməyib“
16.09.2019
“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info