Yeni GPS naviqasiya proqramı istifadəyə verilib
Tarix: 12.10.2015 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


SİNAM MMC, yalnız Bakı şəhərini əhatə edən ödənişsiz Yollar oflayn GPS Naviqatorunun davamı olaraq istifadəçilərin gözlədiyi, Azərbaycanı, Gürcüstanı və Türkiyəni əhatə edən YollarPRO Offlayn GPS Naviqasiya proqramını da istifadəyə verdi. Naviqatorun Azərbaycan və Gürcüstan üzrə navigasiya xəritələri Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılmış Gomap.az elektron layihəsinin xəritələrinin adaptasiya olunmuş versiyaları əsasında yaradılıb.
Yeni GPS naviqasiya proqramının əsas üstünlüklərindən biri onun smartfonlarda və planşetlərdə quraşdırılaraq istifadə oluna bilməsi imkanıdır. Bu proqram, marşrutun planlaşdırılması, həyata keçirilməsi və təyinat məntəqəsinə qədər naviqasiya üçün nəzərdə tutulmuşdur. Naviqasiya proqramından internetə qoşulmadan istifadə etmək mümkündür. O təmamilə təcrid olunmuş halda, internetə qoşulmadan axtarış etməyə və naviqasiya etməyə qadirdir. Xəritələr proqram olan cihazın yaddaşında saxlanılır və ona görə də istifadəçilər rouminq servisindən istifadə etmir və bununla qənaətə müvəffəq olur. Bununla yanaşı əlavə bağlantı olmadığından cihazın akkumulyatoru daha çox işləyir və səyahət zamanı istifadəçilər üçün əlavə rahatlıq yaradır.
Siz istənilən vaxt YollarPRO-nu www.yollarpro.az saytından endirib, aktivasiya kodunu elə buradan əldə edərək, marşrutunuzu planlaşdırmaq və həyata keçirərkən, proqramın Pro Guidance və Live Traffic funksionalından istifadə etmək imkanı əldə etmiş olursunuz. YollarPRO-nu seçərkən, Siz regionun 3 ölkəsi - Azərbaycan, Gürcüstan və Türkiyənin ən mükəmməl xəritələrindən avtomobil və piyada marşrutlarından istifadə etməyə başlayırsınız.
Proqramın maraqlı funksionallarından biri olan Live Traffic vasitəsilə real vaxt rejimində avtomobil yollarında tıxaclar (trafik durumu) haqqında məlumatın əldə edilməsidir.
Yollar PRO Offline Naviqatorunun xəritələrində: 1 105 850 ədəd obyekt (POİ), 692 949 km. yol və küçələr haqda məlumat var.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Prezident: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır
19.09.2020
Yevlax Mərkəzi Xəstəxanasının rəhbərliyi cərimələndi
19.09.2020
DTX bəzi internet saytlarında və sosial şəbəkələrdə yayılan siyahı ilə bağlı iddialara aydınlıq gətirdi
19.09.2020
MN: Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını almağa və sərt cavab tədbirlərinə tam hazırdır
19.09.2020
SOCAR: Bakı NEZ-in təmiri müddətində daxili tələbat üçün kifayət qədər Aİ-92 benzin ehtiyatı var

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
2 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
3 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
4 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
5 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info