“Əli Kərimli rəqib olmaqdan çəkinir”
Tarix: 12.10.2015 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


AXCP-də Əli Kərimlinin özəlliyi nədir ki, orada sədr dəyişikliyini dilinə gətirənlər partiyadan uzaqlaşdırılsın? Başqasından şəffaflıq, qanun və düzlük tələb edən birinin özünün niyə bu tələblərə uymaması çox sayda şübhəli suallar doğurur.
Bu sözləri AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin sədri Razi Nurullayev mətbuata açıqlamasında deyib. Əli Kərimlinin açıq müzakirələrdən qaçdığını deyən sədr, qonşu Türkiyədə cərəyan edən siyasi proseslərdən misal gətirərək, onun alternativlik qorxusu olduğunu qeyd edib:
“Əli Kərimliylə eyni zamanda siyasi səhnədə olan Türkiyənin Ana Vətən Partiyasını lideri Məsud Yılmaz hardadır? Bu gün Türkiyə parlamentində müstəqil millət vəkili kimi fəaliyyət göstərir. Amma hələ ötən əsrin 90-cı illərinin sonunda seçkini uduzub partiya mövqeyindən geri durdu. Yerini başqalarına verdi. Eləcə də Türkiyənin ilk qadın baş naziri Tansu Çillər. Seçkini uduzandan sonra yeni siyasi qüvvələrin meydana çıxmasına əngəl olmaqdan imtina etdi. AXCP sədri isə nəinki partiyada yeni siyasətin oturuşması üçün şərait yaratmağa, yaxud geri çəkilib yerini başqalarına verməyə hazırdır, əksinə alternativlik qoxusunu hiss edən kimi rəqiblərinə meydan oxuyur, onları partiyadan uzaqlaşdırmaq yolunu seçir. Çünki rəqib olmaqdan və şəffaf müzakirələrdən çəkinir”.
Məğlub liderlərin “bizdə demokratik seçkilər keçirilmir ki, partiya sədri uduzduğunun fərqində olsun” bəhanəsi gətirdiyini deyən R. Nurullayev qeyd edib ki, bu amil, oturub müzakirələr aparmağa mane olmur:
“İddia oluna bilər, bəs bizdə demokratik seçkilər keçirilmir ki, partiya sədri uduzduğunun fərqində olsun, yaxud siyasi səhvlərini müzakirəyə çıxarsın. Yaxşı, tutaq ki, belədir. Bəs müzakirəyə nə deyirsiniz? Məgər müzakirə də açmaq olmaz? Başqa bir nümunə. Ən cağdaş günlərdən daha bir nümunə burada yerinə düşür. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının son bələdiyyə seçkilərini və prezident seçkilərini uduzması partiya daxilində geniş müzakirələrə səbəb oldu. Partiyanın genel başkanı hörmətli Kamal Kılıçdaroğluna qarşı açıq tənqidi fikirlər səsləndirildi və partiyanın qurultayında alternativli seçki keçirildi. Amma partiya sədri buna qısqanclıqla yanaşmadı, yaxud tərəfdarlarını səfərbər edib rəqibini partiyadan uzaqlaşdırmaq yolunu tutmadı. Əksinə demokratiya nümunəsi göstərdi və alternativli seçkidə qalib gəldi, rəqibi Məhərrəm İncənin əlini sıxdı. Bizdə isə, məğlubiyyəti şərəflə qəbul etmək mədəniyyəti hələ də formalaşmayıb”.


Fuad




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
“Fuada ən böyük zərbəni AXCP vurdu”
23.09.2019
Hüseyn Quliyev Özbəkistan XİN rəhbərinə xüsusi medalı təqdim edib
23.09.2019
ABŞ-dakı konsulumuz Paşinyanı belə qarşıladı – VİDEO
23.09.2019
Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir
22.09.2019
Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info