Yuyucu vasitələr alarkən diqqət edilməli olan məsələlər
Tarix: 12.10.2015 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Yuyucu vasitələr parça, metal, şüşə, keramik və sair səthlərdən çirklənmə və ləkələrin təmizlənməsi üçün istifadə edilən çoxkomponentli birləşmələrdir. Sintetik yuyucu vasitələr geniş çeşidliliyə malikdir və istehlakçılara müxtəlif məmulatların xüsusiyyətlərinə uyğun yuyucu vasitə əldə etməyə imkan verir. Onlar suda yaxşı həll olur, suyun öncədən yumşaldılmasını tələb etmir, istənilən codluğa malik suda çirklənmələri asanlıqla aradan qaldırır, 20-30° С-də belə yuyucu təsir göstərir. Sintetik yuyucu vasitələrin tərkibinə daxil olan əsas komponentlər səthi aktiv maddələr, antiresorbent, fosfatlar, qələvi duzlar, kimyəvi və optik ağardıcılar, bioəlavələr, antistatik və ətirvericilərdir. Normativ–texniki sənədlərin tələblərinə əsasən, yuyucu vasitələrdə hidrogen ionlarının konsentrasiya səviyyəsi 7.5–11.5, fosfor duzlarının ümumi payı isə 22%-dən çox olmamalıdır. Bu vasitələrin yuyuculuq göstəricisinin 85%, ağardıcılığı 80%-dən aşağı olmasına yol verilmir. Nəzərə almaq lazımdır ki, bu maddələr heç də sağlamlıq üçün tam təhlükəsiz deyildirlər. Məsələn, yuyucu vasitələrin tərkibinə daxil olan fosfatlar toksik və çətin yuyulan maddələrdir. İstehlakçılara sintetik yuyucu vasitə alarkən, tərkibində fosfatların miqdarı 5%-dən artıq olmayan vasitələrə üstünlük vermələri tövsiyə olunur.
Fosfatların xüsusi çəkisi məhsulun etiketi üzərində göstərilir. Etiketdə həmçinin məhsulun adı, təyinatı, istehsalçı müəssisənin adı və ünvanı, təhlükəsiz saxlama, daşınma və istifadə qaydaları, əsas istehlak xassələri, məcburi sertifikatlaşdırılma haqqında məlumat, malın xalis çəkisi, həcmi və ya miqdarı, tərkibi, istehsal tarixi və yararlılıq müddəti, müvafiq normativ texniki sənədin nömrəsi, dövlət standartlarına uyğunluğunu təsdiq edən işarə və normativ-texniki sənədlərdə nəzərdə tutulmuş digər məlumatlar qeyd olunmalıdır.
Etiket üzərindəki mətn diqqətlə öyrənilməli, təhlükəsiz istifadə şərtləri, saxlama şərtləri və saxlama müddəti ilə bağlı tələblərə ciddi əməl olunmalıdır. Yuyucu vasitələrin etiketi üzərindəki mətn aydın və silinməyən hərflərlə yazılmalı, kimyəvi maddənin təsirinə davamlı olmalı, malın istifadə müddəti ərzində silinməməli, qablaşdırması hermetik olmalıdır. Bunlar istehlakçıya saxta malı orjinal yuyucu vasitədən ayırd etməyə imkan verən mühüm cəhətlərdir.
Yuyucu vasitələr alarkən istehlakçıların diqqət etmələri gərəkən digər bir məqam yuyucu vasitənin qoxusudur. Belə ki, əksər hallarda saxta məhsul istehsalçıları məhsulun pis qoxusunu, tərkibindəki xloru və digər maddələri gizlətmək üçün güclü ətirverici maddələrdən istifadə edirlər. Bu isə ciddi allergik reaksiyalara səbəb ola bilər. Bu səbəbdən istehlakçılara ətirverici maddələrdən az istifadə olunub və neytral qoxulu yuyucu vasitələrdən istifadə etmələri tövsiyə edilir.
Yuyucu vasitələrin qeyd olunan mənfi təsirlərindən qorunmaq üçün istehlakçıların əlcəkdən istifadə etmələri məsləhətdir. Toz şəklində sintetik yuyucu əldə edərkən onun strukturunun dənəvər olmasına üstünlük verilməlidir. Belə ki, xırda toz şəklində olan yuyucu vasitələr nəfəs yollarına mənfi təsir göstərə bilər. Yuyucu vasitələr uşaqların əli çatan yerlərdən kənarda, qaranlıq, quru, yaxşı havalandırılan, nisbi rütubətin 70 %-dən çox olmadığı yerlərdə mühafizə edilməlidirlər.
Sintetik yuyucu vasitələr uzun müddət saxlanıla bilər. Belə ki, tərkibində peroksid duzları olan yuyucu vasitələr 6-9 ay, kimyəvi ağardıcılar və ya bioəlavələr olan sintetik yuyucu vasitələr azı 9 ay saxlama müddətinə malikdirlər. Digər növ sintetik yuyucu vasitələrin saxlama müddətləri normativ sənədlərlə məhdudlaşdırılmır.
İstehlakçılar unutmamalıdırlar ki, sintetik yuyucu vasitələr pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına daxildirlər. Bu səbəbdən istehlakçılar bu məmulatları alarkən diqqətli olmalı, uyğun olmayan vasitəni seçərsə malın dəyişdirilməyəcəyini bilməlidirlər. Satışda keyfiyyətsiz, markalanması normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan sintetik yuyucu vasitələrlə qarşılaşdıqda aidiyyəti üzrə dövlət orqanlarına müraciət edin.

Hazırladı: Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info