Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq genişlənir
Tarix: 12.10.2015 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) BƏT-in Əməyin mühafizəsi üzrə eksperti Valentina Mokanu ilə görüş olub. Görüşdə DMX-nin rəisi Fuad Əlizadə ölkəmizlə BƏT arasında əmək, əmək münasibətləri, əməyin mühafizəsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində əməkdaşlıqdan bəhs edib.
Xidmət rəisi bildirib ki, əməyin mühafizəsi laboratoriyaları əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, həyatı üçün təhlükə törədən istehsal amillərini müəyyən etmək üçün geniş imkanlara malikdirlər. Əməyin mühafizəsi normalarına əməl olunması vəziyyətinin yerindəcə yoxlanılması işinin təkmilləşdirilməsi məqsədilə müfəttişlərin və həmin laboratoriyaların əməkdaşlarının beynəlxalq təcrübəni öyrənmələrinə böyük diqqət yetirilir. Bu baxımdan əməkdaşların öz peşəkarlıq səviyyələrini yüksəltmək üçün BƏT-in ekspretlərinin iştirakı ilə müvafiq beynəlxalq praktikadan yararlanmaları xüsusi önəm kəsb edir.
V.Mokanu DƏMX-in fəaliyyətinin BƏT-in standartlarına tam uyğun olduğunu vurğulayıb: “Xidmətin əməkdaşları qonşu ölkələrlə müqayisədə istər hüquqi, istərsə də texniki baxımdan yüksək təhciz edilmiş ən peşəkar müfəttişlərdir”. O, qeyd olunan laboratoriyaların fəaliyyətinin təşkmilləşdirilməsində, bu məqsədlə onların əməkdaşlarının treninqlərə cəlb edilməsində, əmək müfəttişlərinin beynəlxalq təcrübə əsasında bilik və peşəkarlıq səviyyələrinin artırılmasında BƏT-in DƏMX-lə əməkdaşlığı genişləndirmək əzmində olduğunu qeyd edib.
Görüşdə təhlükəsiz və sağlam iş şəraitinin yaradılması, işçilərin əmək hüquqlarının qorunması, qanunvericilik və beynəlxalq standartların vahid qaydada icrası və sosial tərəfdaşların fəallığının yüksəldilməsi, müfəttişlərin təcrübəsinin artırılması, qeyd olunan laboratoriyaların əməkdaşlarının treninqlərə cəlb edilməsi məsələləri nəzərdən keçirilib. Əmək müfəttişlərinin BƏT-in ekspertlərinin iştirakı ilə beynəlxalq təcrübəni öyrənmələri istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə yekdil fikir ifadə olunub və bununla bağlı görüləcək işlər müzakirə edilib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
NATO və Avropa İttifaqının ən böyük tarixi səhvi
20.09.2019
Dilqəm və Şahbaz Azərbaycana qaytarılır?
20.09.2019
Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar
20.09.2019
“Əsrin Müqaviləsi“nin 25 ili tamam olur
19.09.2019
Yelizaveta Truss və Kristofer Pinçerdən

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info