“ASAN Akademiya“ başa çatdı
Tarix: 12.10.2015 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


“ASAN Könüllüləri” təşkilatı ictimai birliyinin təşkilatçılığı ilə keçirilən “ASAN Akademiya” layihəsi başa çatıb.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində baş tutan bağlanış mərasimində açılış nitqi söyləyən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev “ASAN xidmətin” Azərbaycan brendi, Könüllülərin isə “ASAN xidmətin” brendi olduğunu bildirib. Həmçinin qeyd edib ki, dövlətimizin həyata keçirdiyi sosial layihələrdə ASAN Könüllülərinin böyük rolu var.
Daha sonra “ASAN Könüllüləri” təşkilatının sədri Fərid Sadıxlı çıxış edərək bildirib ki, könüllülərimizin istəyini nəzərə alaraq 2-ci dəfə həyata keçirilən layihənin əsas məqsədi gənclərin fərdi inkişafına təkan verib onlara gələcək karyeralarına ilkin addım atmaqda yardım etməkdir. Bunun nəticəsi olaraq layihə artıq ikinci dəfə məzunlarını yola salır.
Layihə təlimçiləri və iştirakçıları da çıxış edərək layihəylə bağlı öz təəssüratlarını bölüşüblər. Daha sonra layihə ilə bağlı hazırlanmış video süjet qonaqlara təqdim olunub.
Tədbirin sonunda Akademiyanın məzunlarına diplomlar təqdim olunub.
Qeyd edək ki, ümumilikdə 2 ay davam edən layihə zamanı iştirakçılara iş mühitinə psixoloji hazırlıq, biznesin təşkili, idarəçilik, layihələrin yazılması və təqdimatı haqqında təlimlər keçirilib. Layihəyə müraciət etmiş 546 gəncdən 184-ü müsahibəyə qatılmış və onlardan 30 nəfər müsahibəni uğurla başa vuraraq təlimlərə qoşulma haqqı qazanmışdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info