Avropa gənc alimləri dünya elmi ictimaiyyətinə müraciət etdilər
Tarix: 12.10.2015 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


05-08 oktyabr 2015-ci il tarixində Bakı şəhərində keçirilən “Avropa gənc alimlərinin soyqırım faktlarına baxışları” mövzusunda Beynəlxalq Forum iştirakçıları dünya elmi ictimaiyyətinə və beynəlxalq qurumlara bəyanat qəbul ediblər. Bəyanatda deyilir: “05-08 oktyabr 2015-ci il tarixində Bakı şəhərində keçirilən “Avropa gənc alimlərinin soyqırım faktlarına baxışları” mövzusunda Beynəlxalq Forum iştirakçıları olaraq bəşəriyyət üçün böyük təhlükə olan və insanlığa yaraşmayan soyqırım və xalqlara qarşı törədilən cinayətləri birmənalı olaraq pisləyir, gələcəkdə bu kimi cinayətlərin təkrarlanmaması üçün beynəlxalq qurumların bu kimi məsələlərdə obyektiv, qərəzsiz və ədalətli mövqe tutmalarını, soyqırım cinayətlərinin günahkarlarının ən ağır cəza ilə mühakimə olunmalarını beynəlxalq ədalət məhkəməsindən tələb edirik. Eyni zamanda genosid faktlarının düzgün qiymətləndirilməsi və tarixi qiymət almasını təmin etmək, siyasi institutların məqsədli və qərəzli, həmçinin ikili standartlardan çıxış etmək imkanlarını aradan qaldırmaq məqsədilə dünya elmi ictimaiyyətini bəşəriyyətdə baş vermiş və bu gün də davam edən soyqırım faktlarının elmi baxımdan düzgün təhlil və tədqiq etməkdə səfərbər olmağa dəvət edirik. Bəyan edirik ki, xalqlara qarşı cinayətlər törədən qüvvələr cəzasız qaldıqları təqdirdə bəşəriyyət daha geniş miqyasda yeni-yeni faciələrin şahidi olacaq. Təəssüflənirik ki, 200 il ərzində soyqırımdan əziyyət çəkmiş Azərbaycan xalqının bu problemi beynəlxalq miqyasda indiyədək düzgün, obyektiv və ədalətli qiymətini almamış və azərbaycanlıların haqları kobud şəkildə pozulmaqda davam etmişdir. Biz, forum iştirakçıları olaraq Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərkən genosidə məruz qalmış kütləvi insan qırğını faktlarını sübut edən, bəşəriyyət və insanlıq üçün utanc gətirən soyqırım qurbanlarının sümüklərinin qalıqlarinın qarşısında özümüzü mühakimə edilmiş halda hiss edərək böyük xəcalət hissləri keçirdik. Azərbaycan xalqına qarşı müasir tarixi dövrdə, 23 il bundan əvvəl törədilmiş növbəti cinayət hadisəsinin baş verməsi daha dəhşətlidir. Xocalı soyqırımının bütün foto və video çəkilişləri sübut kimi olduqca təsirlidir. 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərinin yer üzündən silinməsinə Avropa Parlamenti və digər beynəlxalq qurumların nəyə görə susmaqla cavab verməsi sualını hər bir azərbaycanlı insanının gözlərindən oxumaq elə də çətin deyildir. Xocalıda 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfərin qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərindən birini itirməsi, 1275 nəfər xocalılının əsir, 150 nəfərin itkin düşməsi və ən nəhayətdə, milli, dini və separatçı zəmində yaradımış münaqişənin məhsulu əlbəttə ki böyük bir soyqırımdır. Bu hadisənin canlı şahidləri hazırda həyatdadırlar və bu insanlar doğmalarının qatillərinin bu gün Ermənistan siyasi rəhbərliyində olmasından, beynəlxalq tribunalardan çıxışlar etməsindən, demokratik dövlətlərin başçıları tərəfindən heç nə olmamış kimi qəbul edilməsindən çox hiddətli və qəzəblidirlər. Həmçinin, bu hadisənin Avropa və digər dünya dövlətləri tərəfindən hüquqi qiymətini almamasından olduqca bədbindirlər. Bu insanların dünyada artıq ədalətin mövcudluğuna inamları itməkdədir.
Biz forum iştirakçıları olaraq Xocalı faciəsinin layiqli qiymətini almasına çağırış edərək dünyanın bütün sülhpərvər insanlarını bu məsələdə birliyə səsləyirik. Biz yüzlərlə günahsız, dinc, mülki insanın vəhşicəsinə həyatlarını itirməsindən kədərimizi ifadə edərək dünya emi ictimaiyyətini üzərlərinə düşən insanlıq missiyasını dərindən hiss etməyə və bu yükü daşımağa səsləyirik. Biz forum iştirakçıları olaraq beynəlxalq qurumları ədalətli olmağa, qərarların qəbulunda ikili standartlardan, dini-milli meyillərdən uzaq olmağa çağırırıq.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb
14.09.2019
Adam Draper ilə virtual reallıqda təlim təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info