“Ulduz tozu” adlı fəlsəfi romanın təqdimatı olub
Tarix: 12.10.2015 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) nəznində fəaliyyət göstərən Animus Azərbaycan Fəlsəfə Akademiyasının eksperti, gənc müəllif Həbib Heydərin qələmə aldığı “Ulduz tozu” fəlsəfi avtobioqrafik gənclik romanının təqdimat mərasimi keçirilib. “Ulduz tozu” Azərbaycan ədəbiyyatı tarixinə ilk fəlsəfi roman kimi imzasını atdı. 80-dən artıq oxucu və ictimai fəal gəncin qatıldığı təqdimat mərasimində əsərin ədəbi-bədii xüsusiyyətləri ilə yanaşı, çağdaş ədəbiyyatımızla bağlı çoxsaylı tənqidi-innovativ fikirlər də səsləndirilib.
Müasir ədəbiyyatımızda post-modernist dəbdən fərqli istiqamət götürən irihəcmli “Ulduz tozu” romanı eləcə də ideya baxımından Azərbaycanın ilk nihilist-ekzistensialist romanıdır. Əsərdə vacib ontologiya problemləri dərin fəlsəfi dialoq və polemikalar şəklində təsvir edilib. Əsər boyu “İnsan kimdir?”, “Azadlıq nədir?”, “Fərd və Cəmiyyət”, “Həyat və Ölüm”, “Tanrı və İnsan”, “Xoşbəxtlik və Bədbəxtlik”, “Ümid və Arzu” kimi ümumbəşəri problemlərə dair müəllifin fəlsəfi mühakimələri tutarlı arqumentlərlə şərh edilib. Çoxşaxəli süjet xəttinə malik “Ulduz Tozu”nda aydın gəncliyin şübhə və etirazları vahid ideya ətrafında toplanıb.
Rüğu Rügzö təxəllüsü ilə yazan Həbib Heydər bir il ərzində ərsəyə gətirdiyi və gəncləri düşünməyə vadar edən kitabının təqdimatını seminar üslubunda keçirməklə romanda qoyulmuş fəlsəfi problemlərə dair gənclərin də fikirlərini öyrəndi. Əsəri – “hər şey və heç nə haqqında roman” kimi xarakterizə edən müəllif qeyd edib ki, romanın hədəf kütləsi intellektual azlıqlardır. Zidd düşüncəyə mənsub iki gəncin sevgi dramı fonunda fəlsəfə və din toqquşması romanın ana mövzusudur. Kitabda vacib nüanslarından biri də romanın yeni orfoqrafik prinsiplər əsasında nəşr olunmağıdır. Belə ki, əsər müəllifin ərəb mənşəli sözlərin orfoqrafiyasına təklif etdiyi dəyişikliklər əsasında çap edilib.
Qeyd edək ki, Animus Azərbaycan Fəlsəfə Akademiyası gənclər arasında fəlsəfənin təbliği və öyrənilməsi, eləcə də fəlsəfə sahəsində gənclər üçün mühüm layihələrin təşkil edilməsi məqsədi ilə nəzərdə tutulmuş təsisatdır.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
NATO və Avropa İttifaqının ən böyük tarixi səhvi
20.09.2019
Dilqəm və Şahbaz Azərbaycana qaytarılır?
20.09.2019
Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar
20.09.2019
“Əsrin Müqaviləsi“nin 25 ili tamam olur
19.09.2019
Yelizaveta Truss və Kristofer Pinçerdən

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info