ABŞ institutu: “ABŞ “İŞİD”i “Toyota”larla təchiz edib”
Tarix: 12.10.2015 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


Amerikanın Sülh və Tərəqqi üzrə Ron Pol İnstitutu yüzlərlə “Toyota”nın terrorçuların əlinə necə keçdiyinin üstünü açıb

ABŞ Dövlət Departamenti özü Suriyaya “Toyota” maşınları göndərib göndərib, bu maşınlar isə “İŞİD”in əlinə keçib. Amerikanın Sülh və Tərəqqi üzrə Ron Pol İnstitutu yüzlərlə “Toyota”nın terrorçuların əlinə necə keçdiyinin üstünü açıb. Bu barədə “izvestia.ru” yazır. Qeyd edilir: “Məlum olub ki, 2013–2014-cü illərdə ABŞ Dövlət Departamenti və Britaniya hökuməti bu krossoverləri “Azad Suriya Ordusu”na göndəriblər. Bu ordu isə Bəşər Əsədə qarşı döyüşür. Politoloq Toni Kartaluççi isə bu baxımdan “Public Radio International” adlı amerikan radiosu və ingilis qəzeti “The Independent”ə istinad edir. Daha öncə isə ABŞ hökuməti “Toyota” şirkətindən bu barədə izahat tələb edirdi. “ABC News” telekanalı ötən həftə məlumat verib ki, ABŞ Maliyyə Nazirliyinin antiterror departamenti “Toyota” şirkətinə müraciət edib ki, “İŞİD”in əlinə yüzlərlə “Toyota Land Cruiser”, “Hilux” və digər modellərin necə keçdiyini aydınlaşdırsın. Suriyada, İraqda, Liviyada terrorçular requlyar olaraq, silahlarla təchiz edilmiş yapon markalı maşınlarda gəzirlər.
Amma “Toyota” şirkətində terrorçulara avtomobillərin çatdırılması ilə bağlı bütün iştirakçılığı inkar və təkzib edirlər. ABŞ hökumətinin sualına cavab olaraq avtokonsern bəyan edib ki, terrorçuların “Toyota“avtomobillərini necə ələ keçirdiklərindən xəbərsizdirlər.
Sülh və Tərəqqi İnstitutu yazır ki, ABŞ maliyyə nazirliyi bu barədə “Toyota”ya yox, ABŞ Dövlət Departamentinə sorğu göndərməliydi. Məsələ orasındadır ki, “Azad Suriya Ordusu” üçün maşınları məhz ABŞ Dövlət Departamenti göndərib. “Public Radio International” 2014-cü ildə Suriya müxalifət güclərinin milli koalisiyasının məsləhətçisi Oubai Şahbəndərlə müsahibə verib. Müsahib deyib ki, Dövlət Departamenti üsyançılara bir çox yardım, o cümlədən, 43 “Toyota” maşını göndərib.
Böyük Britankya hökuməti də Suriya üsyançılarına nəqliyyat vasitələri göndərib. 2013-cü ildə “The Independent” ingilis qəzeti yazıb ki, Britaniya hökuməti Suriya üsyançılarına 8 milyon funtluq təchizat göndərib. Burada həmçinin, ballistik qoruyucu ilə 5 nəqliyyat vasitəsi, 20 zirehli jilet komplekti, dörd yük maşını, 6 yolsuzluq avtomobili, 6 zirehsiz pikap formalı maşın, bir evakuasiya maşını və sair olub.
İnstitut tərəfindən o da qeyd edilir ki, yüzlərlə “Toyota”nın terrorçuların əlinə düşməsi məsələsi ondan xəbər verir ki, ABŞ və Böyük Britaniya faktiki olaraq “İŞİD”i yeni avtomaşınlarla təchiz ediblər: “Ola bilər, Vaşinqtonda hesab edirlər ki, əgər avtomobillərin terrorçuların əlinə necə keçdiyi barədə sorğu aparmağa başlasalar, onların bu məsələdə necə rol oynadıqları ilə bağlı kimsə şübhəyə düşməz”.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
YPG / PKK Suriyada Əsəd rejimi ilə əməkdaşlıq edir
20.09.2019
Türkiyənin Sudana hümanitar yardımları davam edir
19.09.2019
İndoneziyada korrupsiyada ittiham olunan nazir istefa verdi
19.09.2019
Trampdan FES-in dollar qərarına reaksiya: “Yenə yıxıldılar“
19.09.2019
ABŞ iki gün ərzində İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info