Uilyam Blum: “Rusiya ABŞ-ın ambisiyalarının qarşısında dayanan ən böyük maneədir”
Tarix: 12.10.2015 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


“Birinci soyuq müharibə zamanı amerikalılar öyrəndilər ki, “Pravda”da heç bir həqiqət, “İzvestiya”da isə heç bir məlumat olmur. İndi hər şey tərsinə olub - “New York Times”da heç bir həqiqət, “Washington Post”da isə heç bir xəbər olmur. “The Washington Post”, “The Los Angeles Times” və “The New York Times” kimi nəşrlərdə alternativ fikir
olmur”


ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, politoloq Uilyam Blum “Vzqlyad” nəşrinə müsahibəsində bildirib ki, Vaşinqtonun İraq və Əfqanıstandan aldığı yeganə dərs odur ki, yerüstü əməliyyatlar aparmaqdan artıq yorulublar.
Politoloq geosiyasi vəziyyəti dəyərləndirərkən vurğulayıb ki, Birləşmiş Ştatların müəyyən güzəştlərinə rəğmən, Bəşər Əsədin devrilməsi planından vaz keçilməyib: “Belə görünür ki, “İŞİD”ə qarşı mübarizə ilə bağlı ABŞ-la- Rusiya arasında qeyri-rəsmi razılıq var. Ona görə də Vaşinqton Əsədin dərhal devrilməsi planını təxirə salıb. Amma “İŞİD”lə bağlı məsələ aydınlaşan kimi Əsədin devrilməsi planı işə düşəcək”. Politoloq deyib ki, bu gün Suriyada mübarizə aparan hər qrupun öz marağı var: “ABŞ-ın təlim keçdiyi bəzi qruplar sonradan “İŞİD”-ə qoşuldular. ABŞ-ın qlobal dominantlıq siyasətində bir ədəd də olsa müsbət cizgi tapmaq mümkün deyil. Məsələn, mən hesab edirəm ki, Yaxın Şərq ölkələrinin hökumətləri dini yox, dünyəvi olmalıdır. Əfqanıstanda dünyəvi hökumət var idi. Amma ABŞ gələndən sonra hökumət dini oldu. Sonradan sıra İraq, Afrikada ən yaxşı həyat şəraitinin olduğu Liviyaya çatdı. İndi də növbə Suriyanındır. Bu dövlət çevrilişlərini nəticəsi nə oldu? Yaranan boşluğu “İŞİD” doldurdu. Mən bu qruplaşmanı məhv etməyin qısa, sürətli yolunu bilmirəm. Amma Suriyanı, Əsədi yox, “İŞİD”-i düşmən elan etmək konstruktiv yanaşma olardı”. Politoloq Rusiyanın Suriyada “İŞİD” mövqelərinə aviazərbələr endirməsini də dəyərləndirib: “İndi ikinci soyuq müharibənin ən qızğın vaxtıdır. Birinci soyuq müharibə zamanı amerikalılar öyrəndilər ki, “Pravda”da heç bir həqiqət, “İzvestiya”da isə heç bir məlumat olmur. İndi hər şey tərsinə olub - “New York Times”da heç bir həqiqət, “Washington Post”da isə heç bir xəbər olmur.

“ABŞ-da vətəndaşların təxminən 30 faizi seçkilərdə iştirak etmir. Onlar nəyisə dəyişməyin mümkün olacağına inanmırlar. ABŞ-da seçkilər puldan asılıdır, seçkilərdə ancaq varlılar iştirak edə bilər. Varlılar isə qazandıqları üçün müharibəni sevirlər. Bu fakt ABŞ xarici siyasətinin əsasını təşkil edən amillərdən biridir”

Onlar hər gün Rusiya və Putin haqqında yalan informasiyalar yayırlar. Yazılarında obyektiv fakt göstərmirlər. Misal kimi Krımı göstərə bilərəm. NATO Rusiyanı hərbi bazalara mühasirəyə aldı, növbəti həlqə Ukrayna idi. Məhz buna görə Krım Rusiya üçün bu qədər vacibdir, amma bu faktı ABŞ-da yaymaq istəmirlər. Avropa İkinci Dünya müharibəsindən sonra ABŞ-ın nəzarəti altındadır. Bəli, ABŞ faşizmi devirdi, amma eyni amilə görə ən azı Avropa qədər Rusiyaya da hörmət edilməlidir. ABŞ dünyada ən varlı ölkədir, bizim təkcə çoxlu resursumuz, tankımız, təyyarələrimiz yoxdur. Biz psixologiya, beyinlərin yuyulması üzrə yaxşı ekspertik. Rusiya ABŞ-ın imperiya ambisiyalarının qarşısında dayanan ən böyük maneədir. Buna görə ABŞ Rusiyaya düşmən kimi baxır, məhz bu amilə görə ikinci soyuq müharibə başlayıb. Rusiya “İŞİD”-i məhv etməkdə ABŞ-a yardım edə bilər. Rusiya bunu etsə, siz elə bilrsiniz, ABŞ bundan şad olacaq?

“İkinci Dünya müharibəsindən indiyə qədər ABŞ təxminən 50 ölkədə çevriliş həyata keçirib, 50 liderə qarşı sui-qəsd həyata keçirib. Amerikalılar inanırlar ki, nə edirlərsə düz edirlər. ABŞ Ukrayna hadisələrində həlledici faktordur. Ukraynada qanuni hakimiyyət Vaşinqton tərəfindən devrildi, amma bu fakt Amerika cəmiyyəti tərəfindən diqqətdən kənarda qaldı. Ukraynadakı indiki hakimiyyət müstəqil deyil”

Yox, onlar bundan çox sarsılacaqlar. ABŞ-ın ambisiyalarına qarşı dünyada dayana biləcək iki güc var-Rusiya və Çin. Amma ABŞ-ın ambisiyalarından vaz keçəcəyinə inanmıram. Çünki onlar amerikan istisnalığına inanırlar”. Politoloq Blum bildirib ki, ABŞ-ın dünya ağalığı üçün etməyəcəyi nə isə yoxdur: “İkinci Dünya müharibəsindən indiyə qədər ABŞ təxminən 50 ölkədə çevriliş həyata keçirib, 50 liderə qarşı sui-qəsd həyata keçirib. Amerikalılar inanırlar ki, nə edirlərsə düz edirlər. ABŞ Ukrayna hadisələrində həlledici faktordur. Ukraynada qanuni hakimiyyət Vaşinqton tərəfindən devrildi, amma bu fakt Amerika cəmiyyəti tərəfindən diqqətdən kənarda qaldı. Ukraynadakı indiki hakimiyyət müstəqil deyil. Bu ölkənin gələcəyinin necə olacağını demək çətindir, amma ümid edirəm ki, Ukraynaya görə Rusiya ilə Qərb arasında toqquşma olmayacaq”. Ekspert vurğulayıb ki, “The Washington Post”, “The Los Angeles Times” və “The New York Times” kimi nəşrlərdə alternativ fikir olmur: “ABŞ-da mənim düşüncəmi bölüşənlərin sayı kifayət qədərdir. Təkcə onu deyim ki, ABŞ-da vətəndaşların təxminən 30 faizi seçkilərdə iştirak etmir. Onlar nəyisə dəyişməyin mümkün olacağına inanmırlar. ABŞ-da seçkilər puldan asılıdır, seçkilərdə ancaq varlılar iştirak edə bilər. Varlılar isə qazandıqları üçün müharibəni sevirlər. Bu fakt ABŞ xarici siyasətinin əsasını təşkil edən amillərdən biridir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info