“İxtisas seçimi dərsləri uşaqlarda peşə dünyası haqqında konkret təsəvvür yaratmağa yönəlib”
Tarix: 12.10.2015 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


Vəfa Məmmədova: “İbtidai siniflərdə peşə seçimi dərslərinin təşkilində nəzərə almaq lazımdır ki, bu dövrdə uşaqlarda əməksevərlik formalaşır, bu mərhələdə uşaqlarda valideynlərinin və yaxın adamların peşəsinə maraq oyanır"

Hal-hazırda məktəbin yuxarı siniflərində peşə seçimi işinin müxtəlif forma və metodlarının istifadəsinin kifayət qədər böyük təcrübəsi toplanıb. Ancaq son illərdə təsərrüfat sahələrinin inkişafı, yeni əmək texnologiyalarının meydana gəlməsi, cəmiyyətdə iqtisadiyyatın sosial situasiyanın dəyişməsi dövründə məktəbi bitirən məzun bu dəyişiklikləri nəzərə alaraq gələcək peşəsinin şüurlu seçimini etməlidir. Belə situasiyada bütün məktəb təhsili boyunca məqsədyönlü , sistematik ixtisasseçimi işinin təşkili lazımdır. Layihə çərçivəsində təqdim etdiyimiz müsahibədə Bakı şəhəri, Sabunçu rayonu, C.Məmmədyarov adına 155 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Vəfa Məmmədova da bu məsələlərə toxunub:
-İbtidai siniflərdə peşə seçimi dərslərinin təşkilində nəzərə almaq lazımdır ki, bu dövrdə uşaqlarda əməksevərlik formalaşır, bu mərhələdə uşaqlarda valideynlərinin və yaxın adamların peşəsinə maraq oyanır. Bu dövrdə peşə seçimi dərslərinin əsas məqsədi peşələr haqqında təsəvvürün formalaşması, əməyin insan həyatında rolunun müəyyənləşməsi olmalıdır. Əşyalarla tanışlıq, bədii ədəbiyyatın oxusu, ekskursiyalar, ixtisas seçimli oyunlar zamanı müəllim kiçikyaşlı məktəbliləri peşələrlə tanış edir. Bu zaman “peşə” sözünün mənasını açıqlamaq lazımdır. Bir qayda olaraq uşaqlara “Peşə nədir?” sualını verəndə cavabında bunu eşidirik: ”Müəllim, həkim, polis...” Sonra yaxşı olar ki, bu sual verilsin: “Bəs bu peşələrə sahib olmaq üçün insanlara hansı biliklər lazımdır? ( Və ya bu peşəni seçmiş insanlar nələri bilməlidirlər?) Sonda tədricən “peşə” anlayışı meydana gəlir, bundan sonra peşələri fəaliyyət növləri ilə birləşdirmək lazımdır. (biriləri öyrədir, başqaları müalicə edir, üçüncüləri təmir edir, bişirir, qoruyur və s...). Beləliklə, peşə seçimi dərslərində bu haqda söhbət aparmaq zərurəti ortaya çıxır. Kiçik məktəb yaşlarında ixtisas seçimi dərsləri uşaqlarda peşə dünyası haqqında konkret əyani təsəvvür yaratmağa yönəlib. Məhz bu təsəvvürlər gələcəkdə ixtisas seçiminin psixoloji əsasını yaradır.
Dərslərin planlaşdırılmasında hər hansı bir dərs və ya tərbiyəvi məşğələləri ümumi qəbul olunmuş strukturuna əsaslanmaq tövsiyə olunur:
*Mövzu
*Məqsəd
*Məsələlər
*Dərsin qısa planı və ya dərsin gedişi
*İstifadə olunmuş material.
Dərsin mövzusu şagirdin tanış olacağı peşə ilə üst-üstə düşməlidir. Bu, məsələn belə səslənə bilər: “Tanış olun, aşpaz peşəsi!”. Hər bir işdə olduğu kimi peşə seçimi işində də məqsəd qoyulur. Məqsəd: Peşə haqqında əyani konkret təsəvvürlərin formalaşması üçün şəraitin yaradılması.
Bəzi metodiki tövsiyələrdə bir deyil, üç məqsəd qoymağı məsləhət görürlər: öyrədici, inkişafetdirici, tərbiyəvi.
* Peşə haqqında konkret əyani təsəvvürlərin formalaşması üçün şəraitin yaradılması (öyrədici məqsəd)
* Peşə sənət dünyası haqqında olduqca rəngarəng təəssüratlar yaratmaqla şagirdlərdə şüurlu yaddaşın, differensial mənimsəmənin, diqqətin, tanımaq bacarıqlarının inkişafı (inkişafetdirici məqsəd)
* Şagirdlərin müasir dünyada peşənin zəruriliyini dərk etməsi, peşə vəzifəsinin uğurla yerinə yetirilməsində vacib olan məsuliyyət və səliqəlilik kimi keyfiyyətlərin birlikdə müzakirəsi və başa düşülməsidir.
-Peşə seçimi dərslərinin zəruri məsələləri kimi daha nələri qeyd etmək olar?
-Peşə haqqında konkret əyani təsəvvürlər formalaşdırmaq (əməyin məzmunu, əmək alətləri, əmək fəaliyyəti zamanı davranış qaydarı), şagirdləri peşə dünyası ilə tanış etmək, əmək fəaliyyətinə motivasiya və maraq formalaşdırmaq, uşağın intelektual və yaradıcı imkanlarını inkişaf etdirmək. Məsələlər-məqsədə çatmaq üçün ara addımlarıdır. Əgər məşğələ 30 dəqiqəlikdirsə, belə məsələlərin sayı 3-dən çox olmamalıdır. Başqa sözlə, məqsədə çatmaq üçün nə edirsinizsə bunu məsələlərdə əks etdirməlisiniz. Ən əsası onlar məqsədlə uzlaşmalıdır, aydın və konkret formalaşmalıdır.
İbtidai sinifdə peşə seçimi işinin əsas məsələsi uşaqlarda əmək fəaliyyətinin müxtəlif növlərinə maraq oyatmaqdan ibarətdir. Şagirdləri tədricən nəhəng peşə dünyasına daxil etmək lazımdır. Nəzərə almalıyıq ki onlar hələlik ən parlaq, ən təsiredici olanları yadda saxlayırlar. Kiçikyaşlıların əmək haqqında təsəvvürləri təkcə müşahidələrdə deyil, eyni zamanda oxu vasitəsilə də genişlənə bilər. Bu, perspektivdə çox qiymətlidir. Çünki peşə dünyasında bir çox vacib şeylər söz vasitəsilə ağlabatan olur. Kitab peşə dünyasına vacib və avtoritet pəncərə ola bilər.
-Dərslərin gedişi və lazım olan materiallar haqqında nə deyə bilərsiniz?
- Yaxşı olar ki, peşə haqqında mütəxəssis özü danışsın və ən yaxısı bunu iş yerində etsin.Ancaq bu obyektiv səbəblərdən hər zaman mümkün olmadığına görə, bu peşə haqqında danışarkən əyaniliyə üstünlük vermək lazımdır. Peşə haqqında hekayə 4-5 dəqiqədən çox uzanmamalıdır və əyani materiallarla (şəkil, foto şəkil, əmək alətləri və s.) ilə müşahidə olunmalıdır. Tövsiyə olunur ki, hekayəni mütəxəssisin bir günü, onun bioqrafiyası haqqında bir tarixçə formasında təqdim edilsin. Mühazirələr bir sıra məqamları əks etdirməlidir: Peşənin tarixi (bu söz necə əmələ gəlib?), əməyin məzmunu, bu peşə üzrə işdə olan məhdudiyyətlər, müxtəlif insanların peşə həyatından maraqlı hadisələr. Bu plana dəqiqliklə əməl etmək vacib deyil. Peşə haqqında məlumat hissələrə bölünüb, mühazirə zamanı bu hissələri fraqmentləri qarışdırıb təqdim etmək olar.Bu zaman əməyin məzmunu haqında ən vacib olanları çatdırmaq lazımdır. Məktəbdə dərslə yanaşı oyun şagirdin başlıca fəaliyyətlərindən biri olmaqla qalır. Oyunda əl hərəkətləri və əqli əməliyyatlar tamamlanır. Ona görə birincilərin peşə seçimi dərslərinə dərsin mövzusuna aid, hər hansı sadə əməliyyatlarla bağlı 2-3 oyun daxil edilməlidir. Peşə seçimi dərslərinin planlaşdırılmasında yaxşı olar ki, yaşı nəzərdə saxlayaraq, bir qayda olaraq diqqətin, mənimsəmə və düşüncənin inkişafına yönəlmiş müxtəlif psixoloji oyunlar daxil olunsun. Məsələn, “Sehrli kisə” oyunu duyğu və düşüncənin inkişafına yönəlmiş bir oyundur. Kisəyə müxtəlif peşələrlə bağlı əşyalar qoyulur. Onun içinə baxmadan, əl toxunuşu ilə şagirdlər bu əşyanı tanımalı və hansı peşə ilə bağlı olduğunu bilməlidirlər. Öyrənilən peşənin ayrı-ayrı elementlərini dərk etməyə yönəlmiş çoxlu sayda oyun və çalışmalar var. Həm dərs zamanı, həm də dərsdən kənar vaxtda şagirdlərə təqdim olunan peşə seçimli oyunları “peşəni tap” adı altında birləşdirmək olar. Buraya bir sıra oyunlar aid etmək olar. Məsələn: “Bu hərflə başlanan peşə”, “Kim öz işində istifadə edir?”, “Bu alətləri istifadə edən peşənin adını tap” və s. İnkişafetdirici oyunların köməyilə biz elmi biliklərin hansı sahəsinin uşağı daha çox maraqlandırdığını belə bilərik: ətraf aləm, təbiətşünaslıq, astronomiya, oxu, idman, riyaziyyat və s. Peşə seçimi ilə bağlı müxtəlif rollu oyunlarda uşaqlar özləri istədikləri peşəni seçirlər. Oyun zamanı onlar məsuliyyətli olmağı, qoyulan məsələyə ciddi yanaşmağı öyrənirlər. Peşə seçimi ilə bağlı qrup oyunları da əhəmiyyətlidir. Belə ki, qrup oyunlarında uşaqlar bir-biri ilə ünsiyyətə girirlər, öz arzuları, oxuduqları kitablar haqqında danışırlar, oyunda bu və ya digər rolu niyə seçdiyini izah edirlər, yəni kommunikativ vərdişlər əldə edirlər.(kollektivdə işləməyi, başqa iştirakçıları dinləməyi öyrənirlər və s.) Beləliklə, oyunların köməyi ilə peşə seçimi işi uşağa sevdiyi peşəyə yiyələnmək üçün hansı keyfiyyət və biliklərin vacib olduğunu başa salmaq mümkündür. Məktəblilərin peşə seçimi-gələcəkdə peşman olmayacağı, düzgün seçilmiş peşəyə gedən vacib pillədir. Məktəblinin peşə seçimində istifadə olunan oyunlar gələcəkdə ola bilər ki, həyatının mənasına çevrilən peşəyə qarşı atılan ilk addımlardır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
“Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir”
16.09.2019
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
12.09.2019
Ukrayna XİN: “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”
10.09.2019
Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə qoşulur
09.09.2019
Tural Gəncəliyev: “İşğal edilmiş Dağlıq Qarabağda keçirilən növbəti “seçki şousu” demokratiya və seçki adına böyük təhqirdir”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info