“Mercedes”in pilotu Rusiyada qalib olub
Tarix: 12.10.2015 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


Soçidə “Formula-1” Qran-pri yarışlarının 15-ci - Rusiya mərhələsinə yekun vurulub. Mötəbər turnirin Rusiya mərhələsində hər biri iki pilotla təmsil olunan 10 komanda mübarizə aparıb.
Uzunluğu 5848 metr olan Soçi Avtodrom Pistində 53 turda keçirilən turnirin final mərhələsində “Mercedes” komandasının britaniyalı pilotu Levis Hamilton qalib adını qazanıb. “Ferrari”nin almaniyalı pilotu Sebastiyan Fettel ikinci, “Fors İndia” komandasının meksikalı sürücüsü Serxio Peres isə üçüncü olub. Yarışı Rusiya Prezidenti Vladimir Putin, “Formula-1”in prezidenti Berni Eklstoun, Beynelxalq Xokkey Federasiyasının rəhbəri Rene Fazel və digərləri izləyiblər. Kuboku Levis Hamiltona Rusiya Prezidenti təqdim edib. Hazırda çempionata 302 xalla “Mercedes” komandasının pilotu Levis Hamilton liderlik edir. O, əvvəlki 14 mərhələnin 8-də qalib gəlib. L.Hamilton Avstraliya, Çin, Bəhreyn, Kanada, Böyük Britaniya, Belçika, İtaliya və Yaponiyada keçirilən yarışlarda qələbə qazanıb. Hər birinin hesabında üç qələbə olan “Ferrari”nin alman sürücüsü Sebastian Fettel Malayziya, Macarıstan və Sinqapur, “Mercedes”in digər pilotu almaniyalı Niko Rosberq isə İspaniya, Monako və Avstriyada zəfər əldə ediblər. “Formula-1” yarışları il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir. 1950-ci ildə keçirilən ilk yarışda “Alfa Romeo” komandası və onun italiyalı pilotu Cüzeppe Farina qələbə qazanıb. Sonuncu mövsümdə (2014-cü il) “Mercedes” komandası ilə britaniyalı pilot Luis Hamilton çempion olub. Ən çox çempion adını “Ferrari” komandasının əfsanəvi alman pilotu Mihael Şumaxer qazanıb. O, 7 dəfə bu titulun sahibi olub. Qeyd edək ki, Azərbaycan “Formula-1” yarışlarına gələn il ev sahibliyi edəcək. İyunun 19-da Bakıda idmanın bu növü üzrə Avropa Qran-pri yarışları təşkil olunacaq.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar
20.10.2019
Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar
19.10.2019
“Barselona” səfərdə “Eybar”ı 3:0 hesabı ilə məğlub edib
19.10.2019
“Çelsi”, “Lester” və “Mançester Siti” qalib gəlib
19.10.2019
“Barcelona“da Neymarın qayıtmasını istəməyən insanlar var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info