Fikrət Qocanın 80 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi
Tarix: 14.10.2015 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi Fikrət Qocanın 80 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.
APA-nın məlumatına görə, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, elm və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə şairin kitabları sərgilənib, həyatının müxtəlif anlarını əbədiləşdirən fotoşəkilləri nümayiş olunub.
Tədbirdə Türkiyədə törədilmiş partlayış nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək şairin həyat və yaradıcılığından söz açıb.
Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və başqaları çıxış edərək ötən əsrin 60-cılar nəslinin poetik axtarışları və novatorluğu ilə daim seçilən nümayəndəsi Fikrət Qocanı fədakar ziyalı, fəlsəfi-intellektual təfəkkürə malik, milli, çağdaş ruhlu şair kimi xarakterizə ediblər.
Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edən yubilyar yaradıcılığına verilən böyük qiymətə görə ölkə başçısına minnətdarlığını bildirib.
Sonda incəsənət ustalarının ifasında Fikrət Qocanın sözlərinə yazılmış mahnılarından ibarət konsert proqramı təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info